Ermənistanda seçki sonrası XAOS - İrəvanın başı gicəllənir

Ermənistanda seçki sonrası XAOS - İrəvanın başı gicəllənir
10.06.2026 13:48 Təhlil

Ermənistanda keçirilən parlament seçkiləri ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olsa da, mövcud gərginliyi aradan qaldırmadı.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi ona yenidən hökumət qurmaq imkanı verir, amma seçkilərin nəticələri cəmiyyətdəki fikir ayrılıqlarını daha da açıq şəkildə üzə çıxarıb.

Seçkilərdən sonra əsas diqqət müxalifətin reaksiyasına yönəlib. Müxalif qüvvələr nəticələri qəbul etməyərək saxtakarlıq iddiaları irəli sürür və hökuməti siyasi təzyiqlərdə günahlandırırlar.

Götürık elə Ermənistanın ən varlı oliqarxlarından biri və “Barkavaj Hayastan” (Prosperous Armenia) partiyasının lideri Qaquk  Tsarukyanı. 2026-cı il parlament seçkilərində partiyası cüzi fərqlə 4%-lik baryeri keçə bilməyib. Seçkilərdən cəmi 2 gün sonra ona qarşı iri miqyasda vergi yayınma cinayət işi açılıb. Hökumət əlavə olaraq onun 300 milyon dollar dəyərində əmlakını müsadirə etmək üçün məhkəməyə müraciət edib. Nikol Paşinyan Tsarukyanı “xalqı talayan cinayətkar oliqarx” və keçmiş rejimin simvolu adlandırır. Müxalifət isə bu işləri siyasi repressiya və seçki qisasçılığı kimi qiymətləndirir. Tsarukyan uzun illərdir Paşinyanla kəskin qarşıdurma içindədir və hazırda həm maliyyə, həm də siyasi cəhətdən ağır təzyiq altındadır. 

Ermənistanda siyasi rəqabət artıq  qarşılıqlı etimadsızlıq mühitində davam edir. Müxalifət nümayəndələrinin seçki öncəsi həbsi də seçkilərin legitimliyi ətrafında mübahisələri gücləndirib.

Digər mühüm məsələ isə xarici təsirlərdir. Son illərdə Paşinyanın Avropa ilə yaxınlaşma siyasəti və Azərbaycanla sülh prosesinə dəstək verməsi Rusiyanın boğazından keçmir.  Rusiya ilə Qərb arasında geosiyasi rəqabət Ermənistanın siyasi gündəminə birbaşa təsir göstərir.

Cəmiyyətdəki parçalanmanın əsas səbəblərindən biri də Qarabağ məsələsidir. Bir qrup vətəndaş Paşinyanın atdığı addımları regionda sabitlik yaratmaq cəhdi kimi qiymətləndirsə də, digər qrup bunu milli maraqlardan geri çəkilmə hesab edir. Bu fikir ayrılığı Ermənistan cəmiyyətində dərin siyasi və ideoloji bölünmə yaradıb. 

Seçkilər ölkədə hakimiyyət məsələsinə aydınlıq gətirsə də, siyasi sabitliyi tam təmin edə bilməyib. Ermənistan qarşıdakı dövrdə həm daxili siyasi qarşıdurmaların, həm də xarici təsirlərin yaratdığı ciddi çətinliklərlə üzləşəcək. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər