“Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq”

“Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq”
13.08.2026 13:02 Elm və Təhsil

İxtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirilib.

TodayPress TV xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə I ixtisas qrupunun 75 faiz plan yerinin dövlət sifarişli olduğunu deyib. 

“I ixtisas qrupunun Riyaziyyat-Kimya altqrupunda 200 baldan yuxarı bal yığan şəxslər ali təhsil müəssisələrinə qəbul oluna bilər. Həmçinin 150 baldan da yuxarı nəticə göstərənlər, eyni zamanda, subbakalavrlar da özlərinə yer tapa bilərlər. Riyaziyyat-İnformatika altqrupunda isə müsabiqə vəziyyəti daha gərgindir. 7440 yer var. Müsabiqəyə isə 8 min şəxs buraxılıb”, - o bildirib.

Məleykə Abbaszadənin sözlərinə görə, II ixtisas qrupunun 25 faiz plan yeri dövlət sifarişlidir: “Plan yerləri ötən illə müqayisədə min yer artıb. Bu ixtisas qrupunda 16 min yer var. Müsabiqəyə isə 7983 şəxs buraxılıb. Bu o deməkdir ki, onların hamısının ali məktəblərə qəbul olması ehtimalı var. Həmçinin II ixtisas qrupunda subbakalavrlara kifayət qədər yer qalacaq”.

DİM sədri III ixtisas qrupu üzrə 26 faiz plan yerinin dövlət sifarişli olduğunu qeyd edib: “III ixtisas qrupu üzrə 20 805 nəfər müsabiqəyə buraxılır. Plan yeri isə 15 mindir. Yəni bu ixtisas qrupunda azı 5 min nəfər ali məktəblərə qəbul olmayacaq. III ixtisas qrupunun hər iki altqrupunda vəziyyət gərgin olacaq. Ən gərgin müsabiqə vəziyyəti həmişəki kimi III ixtisas qrupundadır”.

O əlavə edib ki, IV ixtisas qrupunun 70 faiz plan yeri dövlət sifarişlidir və plan yerlərinin sayı 5048-dir: “Dövlət sifarişli yerlərin sayı isə 3551-dir. 600 baldan yuxarı nəticə göstərənlər 1212 nəfər olmaqla, tibb ixtisaslarına iddiaçılardır. Ancaq onların hamısı tibb ixtisasına qəbul ola bilməyəcək. Bu il tibb ixtisasının keçid balının 20 bal artacağını gözləyirik. 300-400 intervalında keçid balı olan ixtisasları üzrə keçid balının isə təxminən 10 bal artacağı gözlənilir”.

Məleykə Abbaszadə V ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslara görə tam statistikanın hələ ki olmadığını diqqətə çatdırıb.

XƏBƏR LENTİ
13 AVQUST 2026
Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Bütün Xəbərlər