Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram”

Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram”
13.08.2026 13:35 İdman

“McLaren” pilotu Oskar Piastri cari mövsümdə sürücü kimi inkişaf etməsinə daha çox imkan yaradan amillərdən danışıb.

TodayPress TV “Racer” portalına istinadən xəbər verir ki, avstraliyalı “Formula-1” pilotu bildirib ki, cari mövsüm nəticələrdən asılı olmayaraq öz üzərində işləmək və müxtəlif yanaşmaları sınamaq üçün daha çox azadlığa malikdir:

“Düşünürəm ki, yaxşı nəticələr bir məsələdir. Amma mənə elə gəlir ki, bu il nəticələr bunu hər zaman göstərməsə də, sürücü kimi necə inkişaf edə və daha yaxşı ola biləcəyimi də öyrənmişəm.

Hazırda üzərimdəki təzyiq, xüsusilə ötən mövsümlə müqayisədə, o qədər də yüksək deyil. Əlbəttə, hər halda mümkün qədər yaxşı çıxış etməyə və maksimum nəticə göstərməyə çalışırsan.

Lakin indi təzyiqin daha az olması yeni şeyləri sınamaq, daha çox eksperiment aparmaq və inkişaf yollarını araşdırmaq imkanı yaradır. Həmişə daha güclü olmağa və yeni şeylər öyrənməyə çalışmalısan. Öyrəndiyim hər şey gələcəkdə daha güclü olmağıma və mövqeyimi yaxşılaşdırmağıma kömək edəcək”.

Piastri nəticələr baxımından Macarıstanda olduğu kimi mütəmadi şəkildə qələbə uğrunda mübarizə aparmaq istədiyini də vurğulayıb.

“Əgər yenidən mütəmadi şəkildə qələbələr uğrunda mübarizə aparmağa başlasaq, o zaman çempionatda nəyə nail ola biləcəyimi düşünəcəyəm. Amma ilk növbədə hər həftəsonu işimizdən və bolidimizdən maksimum nəticə almağa çalışmalıyıq”, – deyə Piastri bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 Bütün Xəbərlər