Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini...

Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini...
23.06.2026 13:21

Diplomatik masada gərgin anlar yaşanır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 18 iyun 2026-cı il tarixli qərarı Bakı ilə Strasburq arasında növbəti regional böhranın fitilini odladı. Avropa Şurasının Bakı ofisinin rəhbəri Peter Six (Peter Sich) Xarici İşlər Nazirliyinə çağırıldı və ona sərt etiraz notası verildi. Bu, Azərbaycanın post-münaqişə reallıqlarını və suverenliyini qəbul etmək istəməyən Qərb təsisatlarına rəsmi diplomatik demarşıdır.

AİHM arxivdən çıxarılan xəyalət terminlərlə nə demək istəyir?

Söhbət 2016-cı ilin Aprel döyüşləri zamanı həlak olmuş erməni hərbçilərinin ailələri tərəfindən qaldırılmış "V.T. və digərləri Azərbaycana qarşı" işindən və onun ətrafında formalaşan hüquqi təxribatdan gedir.

Rəsmi Bakının kəskin reaksiyasına səbəb olan məqam sənədin sətiraltı qatında gizlədilən "status" manipulyasiyasıdır. Məhkəmə öz rəsmi qərarında artıq tarixin arxivinə gömülmüş qondarma qurumun strukturlarına – "Dağlıq Qarabağ Respublikası", onun "ordusu", "baş prokuroru" və "ombudsmanı"na sanki qanuni tərəflər silsiləsiymiş kimi istinad edib. Bu isə beynəlxalq hüququn birbaşa və kobud şəkildə pozulması, separatizmin hüquqi sənədlər vasitəsilə leqallaşdırılması cəhdidir.

Burada ən maraqlı və ziddiyyətli məqam Avropa Məhkəməsinin öz presedent hüququnu tamamilə unutması və ya özünü unudurmuş kimi aparmasıdır. 

2015-ci ildə elə həmin bu məhkəmə beynəlxalq hüquq tarixinə düşən məşhur "Çıraqov və digərləri Ermənistana qarşı" işində rəsmən təsbit etmişdi ki, Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın işğalı altındadır və oradakı oyuncaq rejim yalnız İrəvanın hərbi, siyasi və maliyyə dəstəyi sayəsində mövcuddur.

İndi  Azərbaycan öz suverenliyini bütün ölkə miqyasında tam bərpa etdikdən sonra  eyni məhkəmənin həmin qanunsuz strukturları müstəqil hüquqi subyekt kimi qələmə verməsi təməl məntiqə sığmır. Bu tendensiya Qərbdəki müəyyən dairələrin Avropa hüquq mexanizmlərindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etdiyini ortaya qoyur.

Peter Sixin XİN-ə çağırılaraq qarşısına etiraz notasının qoyulması Strasburqa verilən mesajın koordinatlarını dəqiq cızır:

Azərbaycan 2020 və 2023-cü illərdə hərbi-siyasi müstəvidə həll etdiyi Qarabağ mövzusunun hüquqi sənədlər vasitəsilə yenidən qanunsuz şəkildə deşilməsinə əsla göz yummayacaq.

Avropa təsisatlarının bu növ birtərəfli və qərəzli addımları Azərbaycanın Avropa Şurası strukturları ilə gələcək əməkdaşlıq formatını, sənədlərin ratifikasiyasını və etimad mühitini birbaşa risk altına qoyur.

Post-münaqişə dövründə Bakı masada "qırmızı xətlərini" necə qətiyyətlə qoruduğunu növbəti dəfə sübut etdi. Regionda yeni sülh arxitekturasının qurulduğu bir vaxtda, beynəlxalq məhkəmələrin köhnə və qərəzli terminologiyaya sığınması regional gərginliyin artmasına xidmət edən boş cəhdlərdir. Bəlkə də onlar münaqişənin onların iştirakı olmadan aradan qalxmasını hələ də həzm edə bilmirlər.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
23 июня 2026
5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Şıxlinski və oğlu barədə yekun qərar verildi 15:34 Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 15:32 KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı 15:29 Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ 15:28 Azərbaycan rəsmi qonağı yola saldı 15:22 Liderlər Şuşada birgə nahar etdilər 15:20 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi 15:18 Tonlarla çətənə kolu məhv edilib 15:11 İki qardaş ölkə rəhbəri Bülbülün ev-muzeyini ziyarət etdi 14:59 "Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşdı 14:55 Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir? 14:35 Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir? 14:29 Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ 12:12 İlham baba, şəkil çəkdirək? - Balacanın arzuları çin, özü gündəm oldu - VİDEO 14:13 Berdiməhəmmədov Natəvanın güllələnmiş heykəli qarşısında 14:01 Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular 13:54 Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI 13:43 Qərbi Azərbaycan ABŞ konqresinin diqqətində 13:43 Prezidentlər Şuşa məscidində... 13:38 Amerikalılar bezib - İran, yanacaq, bahalaşma... 13:32 Qazanc üçün Bakıya gəlmişdilər, tabutla geri qayıdırlar — TƏFƏRRÜATLAR 13:24 Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini... 13:21 İmişlidə ticarət obyektində yanğın başladı 13:15 Şuşalılar belə yaşayacaq - Türkmən prezident şəxsən baxış keçirdi 13:09 Все новости