Moskvanın "adamı" Paşinyana RƏQİBDİR – Seçki öncəsi XAOS

Moskvanın "adamı" Paşinyana RƏQİBDİR – Seçki öncəsi XAOS
13.02.2026 17:55 Təhlil

"Güclü Ermənistan" partiyasından ölkənin baş naziri postuna iş adamı Samvel Karapetyanın namizədliyi irəli sürülüb. 

Bəs, rusiyayönümlü Krapetyanın baş nazir postuna gəlmə ehtimalı nə qədərdir? 

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev TodayPress TV-yə danışıb.

 

O qeyd edib ki, Ermənistanda hazırda Nikol Paşinyanın reytinqində müəyyən azalma müşahidə olunur. Lakin buna baxmayaraq, onun nüfuzu hələ də müxalifət nümayəndələrindən, o cümlədən Karapetyandan daha yüksəkdir: 

"Nikol Paşinyan burada müəyyən siyasi taktika tətbiq edir. Ölkədə parçalanma meyilləri güclənir. Məsələn, cəmiyyət əsasən Avropa İttifaqına və Qərbə inteqrasiyanı dəstəkləyən Paşinyan tərəfdarları ilə köhnə siyasi xətti müdafiə edən, əsasən kilsəni dəstəkləyən qüvvələr arasında bölünüb".

Ekspert vurğulayıb ki, Paşinyan son dövrlərdə bu bölünməni daha da dərinləşdirir. Bu isə ona sərf edir, çünki seçkilərdə tərəfdarlarının sayını artırmağa imkan verir. Ermənistanda hazırda heç bir siyasi qüvvəni açıq şəkildə dəstəkləməyən insanların sayı kifayət qədər çoxdur və Paşinyan cəmiyyətdəki bu qarşıdurmanı gücləndirməklə həmin elektoratı öz tərəfinə çəkməyə çalışır. 

Analitik diqqətə çatdırıb ki, Qərblə yaxınlaşma və Vensin səfəri Paşinyanın mövqeyini gücləndirir: 


"Son dövrlərdə ABŞ ilə Ermənistan arasında münasibətlərin yaxınlaşması, ümumilikdə Qərbin Ermənistana artan diqqəti və ölkə iqtisadiyyatına yatırılan sərmayələr də Paşinyanın şanslarını artıran amillər sırasındadır. Hesab edirəm ki, Vensin regiona son səfəri də Paşinyanın xeyrinə yazılan siyasi dividendlərdən biri olacaq".

Z.Əmrəliyev əlavə edib ki, Karapetyanın şansı zəifdir və rusiyameyilli düşərgədə parçalanma var:

"Bütün bunların fonunda faktiki olaraq Rusiyaya yaxın mövqe tutan, həmçinin kilsə tərəfindən dəstəklənən Karapetyanın Paşinyan qarşısında şansları o qədər də yüksək görünmür. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanda təkcə Karapetyanı dəstəkləmir; burada “Qarabağ klanı” ilə əlaqəli siyasi qüvvələr də mövcuddur. Məsələn, “Qarabağ klanı”nın keçmiş liderləri Robert Köçəryan və Serj Sarkisyan kimi fiqurlar da müəyyən siyasi proseslərə təsir göstərə və rusiyameyilli qüvvələr arasında parçalanma yarada bilərlər".

O, sonda bildirib ki, müxalifətin bu cür parçalanması isə Paşinyanın mövqelərini daha da gücləndirir: 

"Ümumilikdə mümkündür ki, əvvəlki seçkilərlə müqayisədə onun topladığı səs faizi azalsın və hətta koalisiya hökuməti formalaşdırmaq zərurəti yaransın. Lakin hesab edirəm ki, bu seçkilərdə də Nikol Paşinyan qalib gələcək".  

Qeyd edək ki, "Rusiyanın adamı" hesab edilən Karapetyan 2025-ci ilin iyun ayında həbs edilib. İş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə cinayət işi açılıb. 2025-ci ilin dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Bütün Xəbərlər