“Putinə təzyiq planı” – Starmerin cəhdi niyə nəticə vermədi?

“Putinə təzyiq planı” – Starmerin cəhdi niyə nəticə vermədi?
19.09.2025 16:34 Təhlil

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynaya qarşı davam edən hücumlar Rusiya Prezidenti Vladimir Putinin sülhdə maraqlı olmadığını açıq şəkildə göstərir.

TodayPress TV xəbər verir ki, danışıqlar Trampın Böyük Britaniyaya dövlət səfəri çərçivəsində baş tutub.

“Son günlər Putin işğaldan sonra ən böyük hücumu təşkil edərək daha çox qan tökülməsinə, günahsız insanların həlak olmasına və NATO hava məkanının görünməmiş şəkildə pozulmasına səbəb oldu. Bunlar sülh istəyən bir insanın hərəkətləri deyil”, - deyə Starmer qeyd edib. 

Baş nazir əlavə edib ki, Trampla görüşdə “Putini sülh razılaşmasına məcbur etmək üçün ona təzyiqi necə artırmaq lazım olduğu” məsələsini müzakirə ediblər.

Starmerin çıxışı nəyə hesablanıb? Onsuz da gərgin olan Britaniya-Rusiya münasibətlərinə necə təsir edə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri böyük diqqət çəkib və o, olduqca təntənəli qarşılanıb. 

Onun sözlərinə görə, bu səfərə ciddi ümidlər bəslənilirdi:

“Böyük Britaniya və ABŞ arasında münasibətlərin daha da inkişaf etdirilməsi və dünya ictimaiyyətinin də maraqla izlədiyi Rusiya–Ukrayna müharibəsinin müzakirəsi gözlənilirdi. Böyük Britaniya Kralı III Çarlz və Baş nazir Kir Starmerin Donald Trampın mövqeyinə təsir edə biləcəklərini düşünürdülər”.

“Starmer sərt ittihamlarla çıxış etdi”

Ə.İbrahimov vurğulayıb ki, Avropa İttifaqı (Aİ) ölkələrinin, o cümlədən Böyük Britaniyanın bütün təzyiqlərinə baxmayaraq, Tramp Rusiya ilə bağlı öz mövqeyindən geri çəkilməyib:

“Səfər zamanı Rusiya əleyhinə çoxlu bəyanatlar səsləndirildi və onların əsas müəllifi məhz Kir Starmer idi. O, Britaniya-ABŞ münasibətlərini kənara qoydu və ABŞ-nin Rusiyaya münasibəti üzərində müzakirə apardı. Starmer Putin haqqında ciddi ittihamlar səsləndirdi, müharibədə tökülən qanlara və atılan addımlara görə Putini məsuliyyətli hesab etdi. Lakin əsl məqsəd Trampın Rusiyaya münasibətini dəyişmək idi”.

“London-Moskva münasibətləri tarixi minimumdadır”

Politoloq hazırda Rusiya ilə Böyük Britaniya münasibətlərinin İkinci Dünya müharibəsindən sonra ən gərgin mərhələsini yaşadığını izah edib:

“Starmerin dedikləri nə Putin, nə də Rusiya üçün yeni deyildi. Onlar bu ittihamları gözləyirdilər və heç də təəccüblənmədilər. Münasibətlər onsuz da həddindən artıq aşağı səviyyədədir. Bu açıqlamalar real vəziyyəti dəyişməyə qadir deyil”.

“Tramp yenə sanksiyalara qarşı çıxdı”

Siyasətçi, həmçinin diqqətə çatdırıb ki, Avropa İttifaqı və Böyük Britaniya Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini istəsə də, Tramp bir daha etirazını bildirib:

“O, Aİ-ni tənqid edərək dedi ki, özləri Rusiyadan neft və qaz alırlar. Hətta əlavə etdi ki, Aİ Çinə təsir göstərməlidir ki, Moskvanın enerji ixracını dayandırsın. Bu, əslində, Trampın yeni sanksiyalardan yayınmaq üçün ortaya atdığı bəhanələrdən biri idi”.

“Starmerin məqsədi alınmadı”

Ekspertin qənaətincə, bütün ritorikasına baxmayaraq, Starmer nə Trampın mövqeyini dəyişə bildi, nə də ABŞ-nin Rusiyaya qarşı siyasətində dönüş yarada bildi. ABŞ–Böyük Britaniya görüşünün əsas məqsədi, yəni Trampın Rusiyaya münasibətini dəyişmək cəhdi də nəticəsiz qaldı. Nə Starmer, nə də Böyük Britaniya Kralı ABŞ Prezidentindən istədiklərini ala bildilər. Onların istəyi Trampın Rusiyaya qarşı daha sərt mövqe tutması idi, lakin buna nail olmadılar. 

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Putinə təzyiq planı” – Starmerin cəhdi niyə nəticə vermədi? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Bütün Xəbərlər