Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?

Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?
25.05.2026 15:41 Təhlil

İran İslam Respublikasında ölüm cəzası (edam) geniş şəkildə tətbiq olunur.  İnsan haqları təşkilatlarının məlumatlarına görə, 2026-cı ilin ilk 4-5 ayında 600-dən çox insan edam edilib. 

Son aylarda xüsusilə yanvar 2026-cı il etirazlarından sonra saxlanılan nümayişçilərə qarşı siyasi edamlar kəskin artıb. Ekspertlərin fikrincə, indiki böhranın yaradacağı sosial-iqtisadi problemlər ölkədə yeni etirazlara səbəb ola bilər. Bu da daha çox edam deməkdir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan deyib ki, edam cəzası əsasən orta əsr hüquq məktəbinin qalığıdır. Lakin bu cəza daha çox orta əsrlər üçün xarakterik olan cinayətlərin qarşılığı kimi tətbiq olunmalıdır:


"İranda isə bu cəza əslində qorxu yaratmaq və xalqı vahimə altında saxlamaq məqsədi daşıyır. Hətta heç bir cinayət törədilməsə belə, İran rejimi xalqı qorxutmaq üçün edamlar həyata keçirir. Xüsusən də rejimin mənfi tərəflərini tənqid edən şəxslərə qarşı kütləvi edamların artırılması xalqı buxov altında saxlamağın əsas vasitələrindən biridir. İran rejiminin ideoloji xətti qədim Əhəməni və Sasani siyasi-ideoloji nostaljisi üzərində qurulmuş, təhrif edilmiş dini və məzhəbi prinsiplərə əsaslanır. Bu ideoloji xəttin hədəfi müsəlmanlar və türklərdir. Orta əsrlərdə formalaşmış fars şüubiyyəsinin davamı kimi, bugünkü İran hakimiyyəti İslama tamamilə yad olan, lakin İslam adı altında təqdim edilən batini xarakterli bir ideologiya formalaşdırıb. Burada insan həyatının dəyəri yoxdur. Bütün bu qəddarlıqları İslam adı altında həyata keçirməkdə məqsəd isə İslamı mənfi obrazda göstərməkdir".

İlahiyyatçı vurğulayıb ki, edam edilənlər müsəlmanlardır. Onlar sadəcə zülmə, irqçiliyə və əsarətə qarşı çıxış ediblər: 

"Bu şəxsləri edam etməklə rejim əslində İslam dininə qarşı mübarizə apardığını nümayiş etdirmiş olur. Rejimin söykəndiyi ideologiya özündən olmayanların, yəni həmin etiqada qarşı çıxanların malını və canını dəyərsiz hesab edir. Fars rejimi, əslində, müsəlman olduqları üçün xalqdan intiqam alır. İran hakimiyyətinin mahiyyəti tarixdə mövcud olmuş Qərmətilər və Həşşaşilər kimi terror təşkilatlarının prinsiplərinə söykənir. Bəşəriyyət üçün ciddi təhdid olan bu ideologiya artıq İran xalqını müəyyən dərəcədə İslamın həqiqi mahiyyətindən uzaqlaşdıra bilib. Rejim öz ideologiyasını din adı ilə təqdim etməyə çalışsa da, xalq bunu qəbul etmədiyi üçün ümumilikdə dindən uzaqlaşır".

Ekspert əlavə edib ki, onlar qədim Sasani şahlarının idarəçilik üsullarını İslam və məzhəb adı altında müsəlman xalqlara qarşı tətbiq edirlər. Onun fikrincə, İran rejimini formalaşdıran Qərbin siyasi və ideoloji institutları bundan müsəlman ölkələrinə qarşı təsir vasitəsi kimi istifadə edirlər:

"Buna görə də oradakı edamlar bir çoxlarını ciddi şəkildə narahat etmir. Ümumilikdə İran rejiminin ideoloji mahiyyəti qan, ölüm, işgəncə və zülm üzərində qurulub. Bu xüsusiyyətlər onların “dini mənbələr” adı altında təbliğ etdikləri ideoloji mətnlərdə də açıq şəkildə əks olunur", - deyə Tural İrfan deyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər