ABŞ-nin Əfqanıstan arzusu qabarır – Hadisələr məcradan çıxarsa...

ABŞ-nin Əfqanıstan arzusu qabarır – Hadisələr məcradan çıxarsa...
22.05.2025 12:33 Təhlil

“Əfqanıstanın zəngin təbii sərvətləri hər zaman nəhəng dövlətin iştahını qabardıb”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, litium, nadir torpaq elementləri, mis, dəmir filizi və digər strateji xammallarla zəngin olan bu ölkə XXI əsrin texnoloji yarışında böyük əhəmiyyət daşıyır. Lakin bu potensial hələlik real siyasi maraq obyektinə çevrilməyib.

“Əfqanıstanın təbii sərvətləri ABŞ, Rusiya və Çin kimi böyük dövlətlərin maraqlarını cəlb etsə də, bu mərhələdə onların diqqəti daha fərqli qarşıdurma məkanlarına yönəlib. Hazırda bu güclər müxtəlif regionlarda bir-biri ilə amansız rəqabət aparır. Belə şəraitdə Əfqanıstan uğrunda mübarizənin aktiv fazaya keçməsi inandırıcı görünmür. Ona görə də hazırkı geosiyasi konfiqurasiya fonunda Əfqanıstan qlobal güclərin gündəmində geri planda qalıb. Lakin bu o demək deyil ki, gələcək mərhələlərdə Əfqanıstan yenidən beynəlxalq mübarizənin episentrinə çevrilməyəcək. Buna baxmayaraq, növbəti geosiyasi mərhələlərdə Əfqanıstanın üzərində qurulacaq maraqlar oyununda aktivlik müşahidə oluna bilər”.

Bununla yanaşı, analitik diqqətə çatdırıb ki, Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti təbii sərvətlərin xarici güclərə təhvil verilməsi məsələsinə müqavimətli yanaşır.

“Taliban” nə ABŞ-yə, nə Rusiyaya, nə də digər böyük güclərə ölkənin sərvətlərini təslim etməyə meylli görünür. Hətta ABŞ və Rusiya bu ölkədə uzunmüddətli müharibələr aparsalar da, nəzarəti tam şəkildə ələ ala bilməyiblər. Əfqan xalqı tarix boyu xarici müdaxilələrə davamlı müqavimət göstərib. Bu baxımdan Əfqanıstanın təbii sərvətlərinin ələ keçirilməsi asan məsələ deyil, uzunmüddətli savaş və qeyri-stabil mühit bu cür təşəbbüsləri çətinləşdirir. Xüsusilə “Taliban”ın ABŞ-dən qalmış iri miqdarda hərbi texnika və silahları ölkənin müdafiəsi üçün istifadə etməsi bu prosesi daha da mürəkkəbləşdirir. “Lakin Çin “Taliban” hökumətinə qarşı digər güclərdən fərqli olaraq daha neytral və əməkdaşlığa açıq yanaşır. Bu da müəyyən imkanlar yaradır. Çinlə “Taliban” arasında müəyyən yaxınlaşma ehtimalı mövcuddur. Digər tərəfdən, “Taliban” hökumətinin bu ölkəni tamamilə Pekinin nəzarətinə verməsi real görünmür. Amma texnoloji imkanları baxımından Çin Əfqanıstanın təbii sərvətlərinin istismarı üçün uyğun tərəfdaş sayıla bilər. Bu kontekstdə Çin həm özü üçün enerji və texnoloji xammal təminatında irəliləyiş əldə edə, həm də ABŞ və Rusiyanın bölgəyə xüsusi müdaxiləsinin qarşısını almağa çalışa bilər. Yəni, əməkdaşlıq mexanizmi üzərində qurulan bir model mümkündür, lakin bu modeldə Çin nəzarətçi yox, ortaqlıq formatında tərəf kimi çıxış edə bilər”.

Qeyd edək ki, ABŞ, Rusiya və Çinin radarında olan Əfqanıstan çoxlu sərvətlərə ev sahibliyi edir. ABŞ Geoloji Xidməti və Pentaqonun hazırladığı hesabatlara görə, ölkənin yeraltı faydalı qazıntı ehtiyatlarının ümumi dəyəri təxminən bir trilyon dollar olaraq hesablanır.

Bu nəhəng potensial Əfqanıstanı təkcə geosiyasi münaqişə zonasına deyil, həm də təbii ehtiyatlar baxımından dünyanın ən strateji regionlarından birinə çevirir. Buna görə də ABŞ-nin “Baqram” bazasını yenidən geri almaqda iddialı olması, Çin və Rusiyanın isə Əfqanıstanla bağlı gizli planlar qurması heç də təsadüfi deyil.   

Töhfə Səməd

FOTOLAR

ABŞ-nin Əfqanıstan arzusu qabarır – Hadisələr məcradan çıxarsa... — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Bütün Xəbərlər