ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ

ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ
03.08.2026 14:16 İdman

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

TodayPress TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşib.

Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə III təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkün cütləri formalaşıb.

“Bayquşlar” pley-off mərhələsinə yüksələcəyi təqdirdə, “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin “The New Saints” (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” (1:0, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.

Azərbaycan çempionu III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.

TodayPress TV

14:11

***

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhəri qitəmiqyaslı tədbirə ev sahibliyi edəcək və mərasimə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Bu püşkatma Azərbaycan futbolu üçün də xüsusi önəm daşıyır, çünki Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələn "Orhus" (Danimarka) və "Sabah" (Azərbaycan) cütünün məğlub tərəfini gözləyən rəqib məhz burada müəyyənləşəcək.

Uduzan komanda Avropa Liqasının pley-off mərhələsində aşağıdakı iddialı cütlüklərdən birinin qalibi ilə yaşıl meydanda münasibətlərinə aydınlıq gətirəcək:

"Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi;

"Makkabi" (Tel-Əviv, İsrail) - "ÇSKA Sofiya" (Bolqarıstan) cütünün qalibi;

"Lex" (Polşa) - Kİ Klaksvik (Farer adaları) cütünün qalibi;

"Hradets-Kralove" (Çexiya) - "Beşiktaş" (Türkiyə) cütünün qalibi.

Məlumat üçün bildirək ki, həlledici pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 20-də, cavab matçları isə avqustun 27-də baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Bütün Xəbərlər