Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu

Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu
03.08.2026 09:23 İdman

“Napoli” Romelu Lukakunu satışa çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Bildirilir ki, İtaliya çempionu yay transfer pəncərəsində belçikalı hücumçu Romelu Lukaku ilə yollarını ayırmağa hazırdır. Neapol təmsilçisi 33 yaşlı futbolçu üçün 10 milyon avroluq təklifləri nəzərdən keçirməyə razıdır.

Klub rəhbərliyi futbolçunun agenti Federiko Pastorello ilə görüş keçirib. Danışıqlardan sonra tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəlib.

Məlumata əsasən, “Napoli” Lukakuya maaşının azaldılmasını da təklif edib. Lakin təcrübəli hücumçu bu variantı qəbul etməyib.

Beləliklə, belçikalı forvardın cari yay transfer dövründə komandadan ayrılmaq ehtimalının xeyli artdığı vurğulanır.

Qeyd edək ki, Lukaku ötən mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb. Mətbuatda onun MLS təmsilçisi “Atlanta Yunayted”ə keçə biləcəyi barədə xəbərlər yayılıb.

Namiq HUN

XƏBƏR LENTİ
03 AVQUST 2026
Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 Bütün Xəbərlər