Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir

Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir
20.08.2026 12:50 İqtisadiyyat

Azərbaycanda son demoqrafik göstəricilər narahatlıq doğurmağa başlayıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, ölkədə doğumların sayında kəskin azalma, ölümlərin sayında isə artım müşahidə olunur. Bu göstəricilər fonunda əhalinin təbii artım tempinin gözləniləndən daha sürətlə zəifləməsi diqqət çəkir.

TodayPress TV xəbər verir ki, mövcud demoqrafik mənzərəni və onun gələcək sosial-iqtisadi təsirlərini iqtisadçı Eldəniz Əmirov təhlil edib.


Ekspert bildirib ki, 2026-cı ilin ilk yarısının statistikası doğumların nəzərəçarpan dərəcədə azaldığını göstərir:

"2026-cı ilin ilk 6 ayında ölkədə 40 798 uşaq doğulub. Ötən ilin eyni dövründə bu göstərici 45 616 nəfər idi. Yəni cəmi bir ildə doğulanların sayı 4818 nəfər və ya 10,6% azalıb. Hər 1000 nəfərə düşən doğum sayı da 9,0-dan 8,0-a enib".

İqtisadçı vurğulayıb ki, problem təkcə doğumların azalması ilə məhdudlaşmıram, eyni zamanda ölüm göstəricilərində də artım qeydə alınır:

"Amma məsələ sadəcə doğumların azalması deyil. Eyni dövrdə ölkədə 30 625 nəfər vəfat edib. Lakin ötən ilin ilk 6 ayında ölənlərin sayı 29 400 nəfər olmuşdu. Beləliklə, doğumlar 10,6% azalarkən, ölümlər 4,2% artıb. Yəni, hər 1000 nəfərə düşən ölüm göstəricisi 5,8-dən 6,0-a yüksəlib".

Onun sözlərinə görə, bu tendensiya əhalinin təbii artım göstəricisində daha aydın və kəskin şəkildə özünü göstərir:

"2025-ci ilin ilk yarısında doğulanlarla ölənlər arasındakı fərq 16 216 nəfər idisə, 2026-cı ilin eyni dövründə bu rəqəm 10 173 nəfərə düşüb. Başqa sözlə, əhalinin təbii artımı cəmi bir ildə 37,3% azalıb".

Yekunda Eldəniz Əmirov xəbərdarlıq edib ki, bu mənzərəyə cari statistikadan daha çox gələcəyin strateji çağırışı kimi baxılmalıdır:

"Əlqərəz, demoqrafik dinamika ürəkaçan deyil. Doğumların azalması davamlı xarakter alarsa, bunun nəticələri uzunmüddətli perspektivdə əhalinin yaş strukturuna, əmək bazarına, pensiya sisteminə və bütövlükdə iqtisadi artım potensialına təsir göstərəcək. Çünki demoqrafik proseslər qısa müddətdə yaranmır və qısa müddətdə də dəyişmir. Ona görə də bugünkü rəqəmlərə sadəcə 2026-cı ilin statistikası kimi yox, gələcək illərin sosial-iqtisadi mənzərəsini formalaşdıran göstəricilər kimi baxmaq lazımdır", - deyə ekspert fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Bütün Xəbərlər