Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı

Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı
24.06.2026 05:00 Maraqlı

Çinli mütəxəssislər günəş işığının 95%-ni əks etdirən və ultrabənövşəyi şüaları demək olar ki, udmayan yeni növ ipək tekstili hazırlayıblar. Bu materialdan hazırlanan geyimlər güclü istilərdə bədən temperaturunu adi ipək parçalara nisbətən 4,3°C daha çox aşağı salmağa imkan verir.

TodayPress TV xəbər verir ki, bu barədə "Nature Sustainability" jurnalında dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar qeyd edirlər: "Qlobal istiləşmə bizi gündüz istisinə daha asan dözməyə kömək edəcək yeni tekstil materialları yaratmağa sövq edir. Təbii ipək parçalar bu məqsəd üçün tam uyğun deyil, çünki onlar günəş işığını kifayət qədər əks etdirmir və ultrabənövşəyi şüaları udur. Biz bu çatışmazlıqlardan məhrum olan, "hörülmüş" ipək nanoliflərdən ibarət yeni nanotekstil hazırladıq".

Pekindəki Tsinxua Universitetinin professoru Can İninin rəhbərlik etdiyi alimlər qrupu xüsusi toxunma strategiyasından istifadə edərək ipəyin optik xüsusiyyətlərini köklü şəkildə dəyişə biliblər.

Alimlər adi ipək saplarını Ferma spiralı formasında düzülmüş nanosaplar dəsti ilə "hörməyə" imkan verən yanaşma hazırlayıblar. Riyaziyyatda Ferma spiralı günəbaxan çiçəyindəki tumların düzülüş formasını təkrarlayan xüsusi əyrini ifadə edir. Spiralın dövrə ölçüləri və onlar arasındakı məsafə elə seçilib ki, "nanoipək" görünən günəş işığını aktiv şəkildə əks etdirir və ultrabənövşəyi şüaları adi ipəkdən xeyli az udur. Eyni zamanda, bu material istiliyi adi ipək qədər yaxşı ötürür, həmçinin suya davamlılıq və mexaniki möhkəmlik göstəricilərinə görə ənənəvi ipəkdən geri qalmır.

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 All News