Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim"

Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim"
08.08.2026 00:00 İdman

"Qarabağ"da oynamaq şansımın olmadığını hiss edirdim. Bəzi oyunlarda yaxşı çıxış etsəm də, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalırdım. Məhz bu da ayrılmaq qərarını verməyimə səbəb oldu. Mən oynamaq və xoşbəxt olmaq istəyirdim. Xoşbəxtliyimi itirmişdim, amma indi onu yenidən tapmışam".

TodayPress TV xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Fabian Buntiç deyib.

29 yaşlı qapıçı Azərbaycanda çıxış etdiyi dövrü dəyərləndirərək burada böyük təcrübə qazandığını bildirib:

"Azərbaycanda yüksəksəviyyəli futbol oynamaq mənə çox böyük təcrübə qazandırdı. İnanıram ki, bu təcrübə gələcək karyeramda mütləq fayda verəcək".

Buntiç "Qarabağ"ın avrokuboklardakı şansına da münasibət bildirib: "Qarabağ"ın əsas məqsədi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olmalıdır. Ancaq bunu reallaşdırmaq asan olmayacaq. Komandanın qarşısında güclü rəqib var və bu mərhələni keçsələr belə, növbəti raund da çətin olacaq. Bununla belə, futbolda hər şey mümkündür. "Qarabağ" əvvəllər də belə çətin sınaqlardan uğurla çıxıb. Mən də onlara uğurlar arzulayıram".

Portuqaliyanın "Farense" klubuna transferindən danışan qolkiper yeni komandasında özünü xoşbəxt hiss etdiyini vurğulayıb:

"Yeni bir çağırış axtarırdım. Yenidən futbol oynamaqdan zövq almaq və sevincimi geri qaytarmaq istəyirdim. "Farense" bunu mənə yenidən bəxş etdi. Burada olduğum üçün çox xoşbəxtəm. Bu klubu seçməyimin əsas səbəbləri yüksək həyat keyfiyyəti və müntəzəm oynamaq imkanı idi. Mən və ailəm Portuqaliyanı çox sevirik. Qərarımda bu amil də mühüm rol oynadı".

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Bütün Xəbərlər