İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi

İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi
08.08.2026 05:30 Maraqlı

"Bir çox it sahibi ev heyvanını cəzalandırdıqdan sonra onun davranışını küsmək kimi qiymətləndirir. Lakin mütəxəssislərin sözlərinə görə, əslində it bu şəkildə stresə reaksiya verir və münaqişədən yayınmağa çalışır".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev "RIA Novosti"yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu, heyvanlara insana xas xüsusiyyətlərin aid edilməsi, yəni antropomorfizmin klassik nümunəsidir.

"İnsanlar əsəbiləşəndə ünsiyyətdən qaçır, otağı tərk edir və göz təmasından yayınırlar. Buna görə də bəziləri düşünür ki, itlər də eyni səbəbdən belə davranırlar. Halbuki onların davranışını insan davranışı ilə eyniləşdirmək düzgün deyil", - deyə Vladimir Qolubev bildirib.

Kinoloqun sözlərinə görə, itlər insanlar kimi inciklik hiss etmir, ədalətsizlik anlayışına malik olmur və qisas almağı planlaşdırmırlar. Sahiblərin "küsmək" kimi qəbul etdikləri davranış isə əslində qorxu və ya stresin əlamətidir.

Mütəxəssis bildirib ki, itin göz təmasından yayınması münaqişədən qaçmaq istədiyini göstərir. Çünki itlər birbaşa göz təmasını təhlükə kimi qəbul edə bilirlər. Əsnəmək, dodaqlarını yalamaq və başqa otağa keçmək cəhdləri də heyvanın gərginlik keçirdiyini və narahat vəziyyətdən uzaqlaşmaq istədiyini göstərən siqnallardır.

Vladimir Qolubev sahiblərin tez-tez yol verdiyi başqa bir səhvə də diqqət çəkib. Onun sözlərinə görə, arzuolunmaz davranış baş verdikdən xeyli sonra iti cəzalandırmaq düzgün deyil. Belə halda heyvan sahibinin narazılığını öz hərəkəti ilə əlaqələndirmir, sadəcə mənfi emosiyanı hiss edir. Bu isə itlə sahibi arasında etimadın zəifləməsinə və heyvanın insandan uzaqlaşmasına səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, arzuolunmaz davranışı düzəltməyin ən düzgün yolu cəza deyil. Bunun əvəzinə, düzgün davranış təşviq edilməli, it üçün təhlükəsiz, sabit və proqnozlaşdırıla bilən mühit yaradılmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 Bütün Xəbərlər