Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə!

Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə!
08.08.2026 04:40 Dünya

İyul ayında qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% artaraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Əsas ərzaq məhsullarının dünya bazarındakı qiymət dəyişikliklərini əks etdirən indeksin artmasına, əsasən, ekstremal istilər, enerji bazarlarındakı dəyişkənlik və geosiyasi gərginlik səbəb olub.

İyul ayında dünya bazarında ən çox şəkər, taxıl və bitki yağları bahalaşıb. Əvəzində ət və süd məhsullarının qiymətlərində ucuzlaşma qeydə alınıb.

Buğdanın dünya bazarındakı qiyməti Qara dəniz regionundan ixracın çətinləşməsi və əsas istehsalçı ölkələrdə müşahidə olunan isti hava şəraiti səbəbindən 5,8% artıb.

Bitki yağlarının qiyməti İndoneziyada palma yağına tələbatın yüksəlməsi və xam neftin bahalaşması fonunda 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb.

Şəkərin qiyməti Avropa İttifaqında quraqlıq və Asiyada El-Ninyo hava hadisəsinin təsiri nəticəsində 5,6% artıb.

Ət məhsullarının qiyməti isə son bir ildə ilk dəfə azalaraq 2,8% enib. Buna Braziliya və Avropa İttifaqından bazara böyük həcmdə məhsul tədarükünün həyata keçirilməsi səbəb göstərilir. Süd məhsullarının qiymətləri isə ümumilikdə 0,7% aşağı düşüb.

FAO qeyd edir ki, dünya bazarında ərzaq qiymətlərində baş verən dəyişikliklər adətən bir neçə ay sonra mağazalardakı qiymətlərə də təsir göstərir. Bunun səbəbi istehsalçıların artan xərcləri sonradan istehlakçıların üzərinə ötürməsidir.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Bütün Xəbərlər