Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ

Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ
07.08.2026 22:55 Sosial

Azərbaycanda ad və soyadın dəyişdirilməsi qanunvericiliklə təmin olunan hüquqlardan biridir. Lakin bəzi hallarda belə dəyişikliklərin şəxsin əvvəlki hüquqi öhdəliklərindən yayınmasına imkan yaradıb-yaratmadığı ilə bağlı suallar yaranır.

Bəs adını və ya soyadını dəyişən şəxs əvvəllər götürdüyü kreditlərdən, bağladığı müqavilələrdən və digər hüquqi öhdəliklərdən yayına bilərmi? Qanun bu cür halların qarşısını almaq üçün hansı hüquqi mexanizmləri nəzərdə tutur?

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Vəfa Qədirova Demokrat.az-a açıqlama verib.

O bildirib ki, şəxsin adını və ya soyadını dəyişdirməsi onun əvvəlki adı ilə götürdüyü kreditləri, bağladığı müqavilələri və digər hüquqi öhdəliklərini ləğv etmir. Çünki borc öhdəliyi fiziki şəxsin kimliyinə şamil edilir, onun ad və soyadına deyil.

V. Qədirovanın sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı var:

“Fiziki şəxsin adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və həmin şəxslərin ad dəyişikliyindən xəbərsiz olmasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı var ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

Bu cür yayınma cəhdlərinin qarşısını alan əsas hüquqi mexanizmlərdən biri unikal və dəyişməz FİN koddur (şəxsi identifikasiya nömrəsi). Kredit tarixçələri və bank sistemləri ad-soyadla deyil, şəxsiyyət vəsiqəsindəki unikal FİN kodu ilə işləyir. Ad-soyad dəyişsə də, həmin kod eyni qalır.

Əvvəlki adla başlanmış məhkəmə və ya icra işləri yeni adla, lakin eyni FİN kodu və pasport məlumatları əsasında problemsiz davam etdirilir. Öhdəlikdən yayınmaq məqsədilə məlumat verməmək və ya qəsdən çaşqınlıq yaratmaq vətəndaşı məsuliyyətdən azad etmir, əksinə, hüquqi prosesləri daha da sərtləşdirir”, - deyə hüquqşünas fikrini tamamlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Bütün Xəbərlər