Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq

Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq
08.08.2026 08:42 İdman

Portuqaliyalı ulduz Kriştianu Ronaldo yeni mövsümün startında “Əl-Nəsr”ə kömək edə bilməyəcək.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Yaum” qəzeti Ronaldonun 2026/2027 mövsümünün ilk iki oyununda meydana çıxmayacağını yazıb.

41 yaşlı futbolçu avqustun 15-də “Əl-Fateh”ə qarşı Səudiyyə Ərəbistanı çempionatının ilk tur matçında, üç gün sonra isə Kral Kubokunda “Əl-Diriyah”la görüşdə iştirak etməyəcək.

Ronaldonun uzun müddətdir komandadan uzaqda qalması da diqqət çəkir. Bildirilir ki, futbolçu 6 iyuldan etibarən “Əl-Nəsr”in düşərgəsində olmayıb və məşqlərə qoşulmayıb.

Məlumata görə, Ronaldo dünya çempionatından sonra 21 günlük istirahət etməli idi. Lakin o, həm komandanın xaricdəki təlim-məşq toplanışını, həm də Səudiyyə Ərəbistanına qayıtdıqdan sonrakı məşqləri buraxıb.

Beləliklə, portuqaliyalı ulduzun 32 gündür komandanın məşqlərindən kənarda qaldığı bildirilir.

Qeyd edək ki, “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olub. Komanda yeni mövsümdə titulunu qorumaqla yanaşı, tarixində ilk dəfə AFC Çempionlar Liqasının Elit turnirində qalib olmağı hədəfləyir.

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 All News