Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını iki ölkə arasında sülhün əldə olunmasının ildönümü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammiti Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması baxımından tarixi mərhələ olub.
O bildirib ki, sülh sazişinin hələ imzalanması və ratifikasiya olunması, həmçinin sərhədlərin demarkasiyası prosesi başa çatdırılmalıdır.
Paşinyan qeyd edib ki, TRIPP layihəsinin praktiki icrasına yaxın vaxtlarda başlanacaq və ABŞ Prezidenti Donald Trampa sülh prosesinə verdiyi töhfəyə görə təşəkkür edib.
O, çıxışının sonunda həm Ermənistan, həm də Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edib.
Türkan İsgəndərli