Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında

Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında
27.07.2026 10:18 İdman

Keçmiş NBA oyunçusu və 2001-ci il çempionu Ayzeya Rayder ABŞ-nin Arizona ştatında yenidən həbs olunub.

TodayPress TV xəbər verir ki, TMZ nəşrinin məlumatına görə, 55 yaşlı sabiq basketbolçu məhkəmə qərarını yerinə yetirmədiyi üçün saxlanılıb.

Mənbənin bildirdiyinə görə, Rayder son 37 il ərzində 30-dan çox həbs edilib. Onun ilk saxlanılması 1989-cu ildə kollecdə oxuyarkən oğurluq və fiziki zorakılıq ittihamları ilə baş tutub. Sonrakı illərdə də müxtəlif insidentlərə görə dəfələrlə hüquq-mühafizə orqanları ilə problemi olub.

Rayder NBA-dakı debüt mövsümündə də hücum ittihamı ilə 30 sutka həbs, ictimai işlər və qəzəbin idarə olunması kurslarına məhkum edilib.

Karyerası ərzində təxminən 30 milyon dollar qazanan sabiq basketbolçu doqquz mövsümdə “Minnesota Timbervulvz”, “Portlend Treyl Bleyzers”, “Atlanta Hoks”, “Los-Anceles Leykers” və “Denver Naqqets” klublarında çıxış edib.

Rayder 2001-ci ildə “Los-Anceles Leykers” ilə NBA çempionu olsa da, pley-off heyətinə daxil edilməyib. Buna baxmayaraq, liqanın qaydalarına əsasən komandanın üzvü kimi çempionluq üzüyünə sahib çıxıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
27 JULY 2026
Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 All News