Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı
27.07.2026 11:42 İqtisadiyyat

2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat), ümumilikdə 944,8 milyon manatın ödənilməsi təmin edilib.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən, cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil edib.

Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 iyul tarixinə 15 milyard 982,0 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır 10:23 Bütün Xəbərlər