Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama

Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama
27.07.2026 12:24 İdman

“Red Bull” pilotu və “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Macarıstan Qran-prisində qazandığı ikinci yeri şərh edib.

TodayPress TV xəbər verir ki, niderlandlı pilot yarışdan sonra bolidində zədə aşkar etdiyini bildirib.

Ferstappenin sözlərinə görə, yarış ərzində bolid sıralama turundakı kimi idarəetmə problemləri yaşayırdı.

“Yarışda da sıralama turunda olduğu kimi eyni problemlər var idi. Bolid həddindən artıq dönürdü və müəyyən mərhələdə təkərlərin aşınması da çox sürətli oldu. Startdakı irəliləyiş isə ilk hissəni uğurla keçməyimizə kömək etdi”, – deyə pilot bildirib.

Maks qeyd edib ki, pit-stop strategiyası səbəbindən mövqeyini itirsə də, daha sonra Lyuis Həmiltonu geridə qoyaraq yarışın ikinci hissəsini rahat keçirə bilib.

“Yumşaq təkərlərlə finişə qədər çatmağın çətin olacağını düşündüm, amma bacardıq. Hələ də ikinci yeri necə tutduğumuzu başa düşmürəm. Düşünürəm ki, komanda olaraq gözləntilərdən daha yaxşı çıxış etdik”, – deyə Ferstappen vurğulayıb.

Pilot əlavə edib ki, finişdən sonra boliddən düşərkən maşında zədələr olduğunu görüb.

“Boliddən düşəndə onun hansı səbəbdənsə zədələndiyini gördüm. Bu yarışda işimiz heç də asan olmadı”, – deyə “Formula-1” ulduzu fikrini tamamlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Azərbaycanın İstanbulda yeni konsulu kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Bütün Xəbərlər