Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?

Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
27.07.2026 12:52 Maliyyə

Bu ilin I yarısında Azərbaycan işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib.

TodayPress TV Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,45% azdır.

Məlumata görə, ayrılmış vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədlərinə uyğun olmaqla, illik nəzərdə tutulmuş vəsaitin 30,4%-i qədər olub.

Həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat), 29,8 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Azərbaycanın İstanbulda yeni konsulu kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Bütün Xəbərlər