Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi

Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi
27.07.2026 13:07 Daxili siyasət

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, yeni qanun ölkədə kraudfandinq (kütləvi maliyyələşdirmə) fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməyi və bu sahəni tənzimləməyi nəzərdə tutur.

Dəyişikliklərdə əksini tapan əsas məqamlar aşağıdakılardır:

Dövlət Rüsumu və Reyestr: Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) reyestrinə daxil edilməsi üçün 2 750 manat məbləğində dövlət rüsumu müəyyən edilir.

Kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət subyektləri sırasına daxil edilir. Operatorlar fəaliyyətlərinə dair hesabatları AMB-yə təqdim etməli olacaqlar.

Kraudfandinq qanunvericiliyinin pozulmasına görə ciddi cərimələr tətbiq ediləcək:

Məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək;

Hesabatların təqdim edilməməsinə və ya təhrif olunmasına görə hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək;

Pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək cərimə ediləcək.

Xaricə köçürmələrlə bağlı təsdiqedici sənədlərin müəyyən edilmiş müddətdə müvəkkil banklara və ya Mərkəzi Banka təqdim edilməməsinə, yaxud xaricdən qaytarılmalı olan valyutanın hesaba köçürülməməsinə görə fiziki şəxslər valyuta məbləğinin 5%-dən 10%-dək, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimələnəcəklər. Kraudfandinq çərçivəsində qiymətli kağızların emissiyası və kütləvi təklifi isə "Kraudfandinq haqqında" yeni qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Kraudfandinq platformalarının operatorları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin subyektlərinə çevrilirlər.

Qanun "Kraudfandinq haqqında" qanunla eyni gündə qüvvəyə minəcək.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Bütün Xəbərlər