Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı
Xalq artisti Tariyel Qasımov illər əvvəl verdiyi müsahibədə 40 illik evliliyinin bitmə səbəbindən danışıb.
TodayPress TV xəbər verir ki, aktyorun sözlərinə görə, onların boşanmasına səbəb həyat yoldaşının ona ünvanladığı söyüş olub.
"25 yaşımda sevib evlənmişdim. Evliliyimiz 40 il davam edib. 5-6 ay olar ki, boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi sözü deyib mənə. Söyüş olub, mən də o söyüşü qəbul etməmişəm. Məhkəmədə söhbət zamanı dedim ki, möhtərəm hakim, biz müsəlmanlar, azərbaycanlılar həyat yoldaşını ancaq namus üstə boşayır. Mən bu xanımı bir söz üstə boşayıram. Və boşadım da".
Xalq artisti bildirib ki, məhkəmə zamanı keçmiş həyat yoldaşı onun barəsində həqiqətə uyğun olmayan iddialar səsləndirib:
"Hakim qadın idi, xanıma sual verdi ki, böyük sənətkarı, Xalq artistini necə oldu ki, siz əldən verdiniz? Hakim dedi, biz hüquq fakültəsində oxuyanda beş qız Tariyel Qasımova vurulmuşduq. Beşimiz də bir-birimizlə dava edirdik. O, mənə məhkəmədə şər atdı. Xanımım dedi ki, guya mən demişəm ki, Prezident ev verib, gedirəm orada yaşayım. Guya həyatımda başqa qadın olub. Mən yoldaşımı çox sevmişəm, sevib ailə qurmuşam. Ancaq o sözə görə... O sözü qəbul edə bilmədim".
Jalə Rövşən