Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi
PSJ Pedrinin transferi üçün ilk təklifini hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Fransa çempionu “Barselona”nın yarımmüdafiəçisi Pedrini transfer etmək niyyətindədir.
Bildirilir ki, Paris təmsilçisi dünya və Avropa çempionu olan ispaniyalı futbolçuya görə 90 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Luis Enrikenin əsas hədəfi olan Rodri “Real Madrid”ə keçmək qərarı verdikdən sonra PSJ diqqətini Pedriyə yönəldib.
23 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Barselona”nın formasını geyinir. O, bu müddətdə Kataloniya təmsilçisinin heyətində 245 oyuna çıxıb, 28 qol vurub və 33 məhsuldar ötürmə edib. Pedri hazırda komandanın kapitanlarından biridir.
Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 150 milyon avro qiymətləndirilir.
Namiq HUN