“Arsenal” iddiaları fonunda Vinisius qərarını verir
Vinisiusun gələcəyi “Real”da həlledici danışıqlardan asılıdır.
TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Vinisius Junior yaxın günlərdə klub rəhbərliyi ilə yeni müqavilə ilə bağlı həlledici danışıqlar aparacaq.
Məlumata görə, braziliyalı futbolçu avqustun 2-də axşam saatlarında Madridə qayıdıb və bu gün baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayacaq. Vinisius əvvəlcə baş məşqçi ilə görüşəcək, daha sonra isə klub rəhbərliyi ilə müqavilə məsələsini müzakirə edəcək.
Hazırkı müqavilənin müddəti daha 11 ay qüvvədədir. “Real” komandasının aparıcı oyunçularından birini heyətdə saxlamaq niyyətində olsa da, futbolçunun irəli sürdüyü maliyyə tələblərinə uyğun olaraq son təklifini yaxşılaşdırmağa hazır deyil.
Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, “kral klubu” Vinisiusu gələn il pulsuz itirməmək üçün onu bu yay transfer pəncərəsində satmaq variantını nəzərdən keçirə bilər.
Qeyd edək ki, Vinisius 2025/2026 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 22 qola imza atıb. Daha əvvəl futbolçu ilə İngiltərənin “Arsenal” klubunun maraqlandığı bildirilmişdi.
Namiq HUN