“Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO

“Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO
03.08.2026 09:02 Gündəm

2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatından dörd il ötür.

Müddət baxımından qısa görünməsinə baxmayaraq, bu əməliyyat həm hərbi, həm də siyasi nəticələri ilə Azərbaycanın sonrakı addımlarını müəyyənləşdirən əsas mərhələlərdən biridir.

Əməliyyat bir tərəfdən erməni silahlı birləşmələrinin növbəti təxribatına cavab idi, digər tərəfdən isə Azərbaycanın öz suveren ərazilərində təhlükəsizliyi təmin etmək əzmindən geri çəkilməyəcəyini nümayiş etdirdi. 

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr üçtərəfli Bəyanatı bölgədə yeni reallıq yaratmışdı. Lakin sənədin müddəalarına baxmayaraq, Qarabağda qalan qanunsuz erməni silahlı dəstələri fəaliyyətini davam etdirir, vaxtaşırı Azərbaycan Ordusunun mövqelərinə qarşı silahlı təxribatlar törədirdi. Bu insidentlər həm Azərbaycan-Ermənistan şərti sərhədində, həm də həmin dövrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə qeydə alınırdı.

Rəsmi Bakı isə dəfələrlə bəyan edirdi ki, qanunsuz silahlı birləşmələrin bölgədə qalması uzunmüddətli sülh üçün əsas təhlükə mənbələrindən biridir. 

Məhz belə bir şəraitdə 2022-ci il avqustun 3-də erməni silahlı dəstələrinin həyata keçirdiyi terror-təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid oldu. Eyni zamanda qarşı tərəf Kəlbəcər və Laçın istiqamətində yerləşən strateji Qırxqız yüksəkliyində möhkəmlənməyə cəhd göstərdi.


Azərbaycan Ordusu isə qısa müddətdə cavab tədbirləri həyata keçirərək “Qisas” əməliyyatına başladı. 

Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, Sarıbaba yüksəkliyi və Qarabağ silsiləsində yerləşən bir sıra digər strateji hakim mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla yanaşı, əlverişli yüksəkliklərdə yeni müdafiə mövqeləri yaradıldı, təminat yolları çəkildi və mühəndis-istehkam işləri aparıldı. Həmin yüksəkliklər üzərində nəzarətin təmin edilməsi ordunun daha geniş əraziyə vizual və taktiki nəzarət imkanlarını artırdı, bölgədə hərbi üstünlüyü daha da möhkəmləndirdi.


Əməliyyat zamanı qanunsuz erməni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi məhv edildi, Ağdərə istiqamətində yerləşən hərbi obyektlərə yüksək dəqiqlikli zərbələr endirildi.

Nəticədə canlı qüvvə, D-30 haubitsaları, hərbi nəqliyyat vasitələri və sursat anbarları sıradan çıxarıldı. Bu, həm təxribatların qarşısının alınmasına, həm də qanunsuz silahlı qrupların imkanlarının əhəmiyyətli dərəcədə zəiflədilməsinə səbəb oldu. 

Həmin dövrdə Azərbaycan rəhbərliyi dəfələrlə vurğulayırdı ki, ölkənin suveren ərazilərində istənilən terror və təxribat cəhdinə qəti cavab veriləcək.

Prezident İlham Əliyev çıxışlarında şəhid Anar Kazımovun qanının yerdə qalmadığını bildirərək, “Qisas” əməliyyatını cəza tədbiri kimi qiymətləndirmiş və oxşar təxribatların təkrarlanacağı təqdirdə daha sərt cavab veriləcəyini bəyan etmişdi.


Lakin “Qisas” əməliyyatından sonra da bölgədə gərginlik tam aradan qalxmadı. Qanunsuz silahlı dəstələrin fəaliyyəti davam etdiyindən Azərbaycan Ordusu 2023-cü ilin iyulunda növbəti lokal cavab tədbiri – ictimaiyyət arasında “Qisas-2” kimi tanınan əməliyyatı həyata keçirdi. Bu proseslər 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə yekunlaşdı. Həmin əməliyyat nəticəsində Qarabağdakı qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı qurum fəaliyyətini dayandırdı və Azərbaycan bütün ərazisində konstitusiya quruluşunu tam bərpa etdi. 

Bu gün, “Qisas” əməliyyatından dörd il sonra həmin hadisələrə baxıldıqda aydın görünür ki, 2022-ci ilin avqustunda keçirilən əməliyyat təkcə konkret bir təxribatın cavabı deyildi. O, Azərbaycanın təhlükəsizlik strategiyasının ardıcıl icrasının, hərbi üstünlüyünün möhkəmləndirilməsinin və son nəticədə ölkənin suverenliyinin tam təmin olunmasına aparan prosesin mühüm həlqələrindən biri kimi tarixə düşdü.

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 AVQUST 2026
Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Bütün Xəbərlər