Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
03.08.2026 09:39 Elm və Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.

Xatırladaq ki, qabiliyyət imtahanı kompüterlər vasitəsilə keçiriləcək. Abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar.

İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində) tanış ola bilərsiniz.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 Bütün Xəbərlər