Zidanın ilk oyunu rekord maraqla qarşılandı

Zidanın ilk oyunu rekord maraqla qarşılandı
03.08.2026 09:28 İdman

Fransa millisinin Zidanın rəhbərliyi altında keçiriləcək ilk oyununun bütün biletləri bir günə satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin iddiasına görə, Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyin olunması azarkeşlər arasında böyük maraq yaradıb. Mütəxəssisin rəhbərliyi altında keçiriləcək ilk ev oyununun bütün biletləri 24 saatdan az müddətdə tükənib.

Bildirilib ki, biletlərin satışı iyulun 31-də başlayıb. Lakin ertəsi gün artıq heç bir bilet əldə etmək mümkün olmayıb.

Zidan Fransa millisində debütünü oktyabrın 2-də UEFA Millətlər Liqası çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyunda edəcək. Qarşılaşma təxminən 80 min tamaşaçı tutumuna malik “Stad de Frans” stadionunda baş tutacaq.

Qeyd edək ki, Fransa Futbol Federasiyası Zinəddin Zidanla 4 illik müqavilə imzaladığını rəsmən açıqlayıb. Fransalı mütəxəssis 2021-ci ildən bəri heç bir komandada çalışmırdı. O, daha əvvəl iki dövrdə “Real Madrid” klubunu çalışdıraraq ümumilikdə 11 titul, o cümlədən üç UEFA Çempionlar Liqası kuboku qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 Bütün Xəbərlər