DÇ-2026: Belçika geridönüşlə 1/8 finalda

DÇ-2026: Belçika geridönüşlə 1/8 finalda
02.07.2026 02:03 İdman

Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda əsas vaxt başa çatıb. DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Belçika – Seneqal qarşılaşması dramatik sonluqla yadda qalıb.

TodayPress TV xəbər verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçın qalibi əlavə vaxtda müəyyənləşib. Seneqal 25-ci dəqiqədə H. Diarra, 51-ci dəqiqədə isə İ. Sarrın qolları ilə iki top üstünlüyü əldə edib.

Belçika isə oyundan qopmayaraq 86-cı dəqiqədə Romelu Lukaku, 89-cu dəqiqədə Yuri Tilemansın qolları ilə hesabı bərabərləşdirib və görüşü əlavə vaxta daşıyıb.

Əlavə vaxtın son saniyələrində – 120+5-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Yuri Tilemans Belçikaya 3:2 hesablı qələbə qazandırıb.

Beləliklə, iki top geridən əzmkar geri dönüş edən Belçika DÇ-2026-da növbəti mərhələyə yüksəlib.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
"Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 Bütün Xəbərlər