Dayanmaq bilmir: Dünya birincisi finala adladı
Arina Sobolenko Elina Svitolinanı məğlub edərək “Australian Open-2026”nın finalına yüksəlib.
TodayPress TV xəbər verir ki, dördqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqinin birincisi olan belaruslu tennisçi Arina Sobolenko Melbrun turnirinin yarımfinal mərhələsində ukraynalı Elina Svitolinanı 6:2, 6:3 hesabı ilə məğlub edib.
Dünya reytinqinin 12-ci pilləsində qərarlaşan Svitolina ilə qarşılaşma 1 saat 17 dəqiqə davam edib. Bu müddət ərzində Sobolenko eys etməyib, bir ikiqat səhvə yol verib və 7 breyk-poyntdan 4-nü reallaşdırıb. Svitolinanın aktivində isə 2 eys, 3 ikiqat səhv və 4 breyk-poyntdan 1 reallaşdırılmış imkan var.
Qeyd edək ki, 27 yaşlı belaruslu tennisçi “Australian Open” turnirinin finalında ABŞ təmsilçisi Cessika Pegula ilə Qazaxıstan tennisçisi Yelena Rıbakina arasındakı oyunun qalibi ilə qarşılaşacaq.
Namiq HUN