Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir?

Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir?
13.08.2026 10:10 Gündəm

Son günlər Azərbaycan Dəmir Yollarının Bakı-Tbilisi istiqamətində həyata keçirdiyi sərnişindaşıma ilə bağlı ictimai narazılıqlar artıb. Əsas problem sərnişinlərin bilet əldə etməkdə çətinlik çəkməsi və mövcud tələbatı qarşılamaq üçün əlavə reyslərin kifayət qədər operativ təyin olunmaması ilə bağlıdır. ADY biletlərin əvvəlcədən satışa çıxarıldığını bildirir. Bununla yanaşı, yaranmış vəziyyətin səbəbi ilə bağlı müxtəlif açıqlamalar səslənir. Bir tərəfdən problemin Gürcüstan Dəmir Yollarının əlavə reyslərin öhdəsindən gələ bilməməsi ilə əlaqəli olduğu iddia edilir, digər tərəfdən isə Gürcüstan belə bir maneənin olmadığını bildirir.

ADY-nin açıqlamasında Azərbaycan və Gürcüstan dəmir yollarının Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş apardığı qeyd olunur. Nə baş verir? Doğrudanmı problem Gürcüstan tərəfdən qaynaqlanır, yoxsa məsələnin arxasında başqa səbəblər dayanır?

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az ADY-ə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, çətinliyin olduğunu ekspertlər iddia edir, Azərbaycan Dəmir Yolları yox:

“Qeyd etdiyimiz kimi, hazırda əlavə reysin həyata keçirilməsi ilə bağlı hər iki ölkənin dəmiryol administrasiyaları birgə iş aparır, bütün məqamlar dəqiqləşdirilir. ADY-nin paylaşdığı bütün məlumatlarda sırf aparılan işlər qeyd olunub, hər hansı başqa fikir, iddia səsləndirilməyib. Sizin də qeyd etdiyiniz kimi, ekspertlərin hər hansı çətinliyin olması ilə bağlı səsləndirdikləri fikirləri də Gürcüstanın dəmiryol administrasiyası təzkib edib. Yəni səsləndirilən fikirlər ADY-nin deyil və Gürcüstan tərəfi də ekspertlərə cavab verib”.


İqtisadçı Natiq Cəfərli isə deyib ki, görünür, Azərbaycan Dəmir Yolları reys və vaqon sayını artırmaqda o qədər də maraqlı deyil:

“Çünki reyslərin və vaqonların sayı çoxaldıqca, sərnişinlərin sayı artdıqca, istər-istəməz qiymətlərdə də müəyyən ucuzlaşma baş verməlidir. Gürcüstan tərəfi bu istiqamətdə hər hansı problemin və ya maneənin olmadığını bildirir. Deməli, qiymətin yüksək qalması müəyyən mənada dəmir yollarının marağındadır”.

İqtisadçı qeyd edib ki, əgər əlavə reyslər açılsa, vaqonların sayı artırılsa və sərnişin daşımalarının həcmi çoxalsa, bu zaman məntiqlə qiymət də aşağı düşməlidir:

“Çox güman ki, məsələ bununla əlaqəlidir. Amma düşünürəm ki, hazırda yay ayları olduğu üçün bu məsələ bir qədər kənarda qalıb. Yay mövsümündə tələbat yüksəkdir və qiymətlərin də yüksək olması müəyyən mənada başadüşüləndir. Payız aylarından etibarən isə məsələyə yenidən baxıla və qiymətlərlə bağlı müəyyən dəyişikliklər baş verə bilər. Ən azı, mən məntiq baxımından müəyyən ucuzlaşmanın olacağını gözləyirəm və düşünürəm ki, bu, baş verməlidir”.



FOTOLAR

Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? — 1
XƏBƏR LENTİ
13 AVQUST 2026
Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Bütün Xəbərlər