Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər

Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər
03.08.2026 08:15 Dünya

ABŞ-nin Vaşinqton ştatının Spokan dairəsində irimiqyaslı meşə yanğınları səbəbindən təxminən 60 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

TodayPress TV "Associated Press"ə istinadən xəbər verir ki, alov artıq ən azı 600 tikilini məhv edib.

Agentliyin məlumatına görə, Spokan şəhərinin ətrafında tüğyan edən yanğınlar həftəsonu ərzində təxminən 21 kv. km əraziyə yayılıb.

Vaşinqton qubernatoru Bob Ferqyuson vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini və federal hakimiyyət orqanlarından təbii fəlakətlə mübarizədə əlavə yardım göstərmələrini xahiş etdiyini bildirib.

"Prezident vəziyyət barədə məlumatlandırılıb və ştat sakinlərinin vəziyyətindən narahatlığını ifadə edib. Biz federal yardımın göstərilməsi məsələləri üzrə birgə işimizi davam etdirəcəyik", - Ferqyuson qeyd edib.

Xatırladaq ki, daha əvvəl Vaşinqtonda meşə yanğınları ilə mübarizəyə Milli Qvardiyanın bölmələri cəlb olunmuşdu. Ümumilikdə ştatda yanğınların əhatə etdiyi ərazi təxminən min kv. km-ə çatıb, bununla belə, yanğın ocaqlarının bir hissəsini, o cümlədən Spokan ərazisindəki yanğınları indiyədək lokallaşdırmaq mümkün olmayıb.

NEWS FEED
03 AUGUST 2026
NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 All News