Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi
Oman sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan və sanksiya altında olan “Caroline Bezengi” neft tankeri batıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat yayıb.
Tanker təxminən iki ay əvvəl Omaniyanın cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə saya oturub.
Nəşrin yayımladığı peyk görüntülərində təxminən 800 kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə alınıb.
Məlumata görə, gəminin batması ərazidə ciddi ekoloji fəsadlarla bağlı narahatlıqları artırıb.
Türkan İsgəndərli