Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və...

Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və...
23.06.2026 11:35 Xarici siyasət

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.

TodayPress TV xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verdi.

Bildirildi ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlətimizin başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə “Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq.

Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verildi.

Qeyd edilib ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.

Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

TodayPress TV

FOTOLAR

Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 1
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 2
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 3
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 4
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 5
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 6
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 7
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 8
Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... — 9
XƏBƏR LENTİ
23 IYUN 2026
Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir? 14:35 Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir? 14:29 Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ 12:12 İlham baba, şəkil çəkdirək? - Balacanın arzuları çin, özü gündəm oldu - VİDEO 14:13 Prezidentlər Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar 14:01 Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular 13:54 Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI 13:43 ABŞ Konqresində azərbaycanlılara qarşı etnik təmizləməyə dair konfrans keçiriləcək 13:43 Azərbaycan və Türkmənistan liderləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular 13:38 Amerikalılar bezib - İran, yanacaq, bahalaşma... 13:32 Qazanc üçün Bakıya gəlmişdilər, tabutla geri qayıdırlar — TƏFƏRRÜATLAR 13:24 Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini... 13:21 İmişlidə ticarət obyektində yanğın başladı 13:15 Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində oldular 13:09 Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək 13:04 Sabah Bakıda və rayonlarda yağış yağacaq 12:57 Prezident ona yüksək vəzifə verdi - FOTO 12:49 İrəvanda Ağsaqqallar Şurasında kütləvi dava - VİDEO 12:27 Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım etdi - VİDEO 12:30 Prezident İlham Əliyevin Şuşa səfərində uşaqlarla səmimi görüntüləri - VİDEO 12:27 Yeni dələduzluq üsulu yayıldı - VİDEO 12:25 Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi 12:11 Rusiya 41 min dollara ölməyə könüllü axtarır 12:11 Şuşadan dünyaya mesaj: Azərbaycan və Türkmənistan liderləri Daşaltıda 11:49 Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... 11:45 Bütün Xəbərlər