İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu

İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu
07.07.2026 11:12 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.

Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.

Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.

Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.

Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.

Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

TodayPress TV

FOTOLAR

İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu — 1
İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu — 2
İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu — 3
İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu — 4
İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu — 5
XƏBƏR LENTİ
07 IYUL 2026
ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar 12:00 Bakı – Tbilisi – Ceyhanla bağlı qərar verilən kimi Şevardnadzeyə sui-qəsd təşkil edildi 12:08 Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 "NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 "Benfika" Ermənistanda akademiya açır 10:53 Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? 10:52 Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO 10:47 Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi? 10:35 İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi 10:30 Azərbaycan nefti bahalaşdı 10:25 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 10:18 Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM 10:16 Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir 10:14 Çində hava fəlakəti: 8 nəfər öldü, 1 nəfər itkin düşdü 10:06 ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir? 10:01 "Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu? 09:46 Moskva iki ilin ən böyük şokunu yaşadı 09:36 Bütün Xəbərlər