Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi?

Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi?
07.07.2026 10:35 Dünya

Fransa vətəndaşı Silviya Yasminanın həyat hekayəsi son günlər sosial şəbəkələrdə geniş rezonans doğurub. Buna səbəb onun evlilikdən əvvəl və sonrakı fotolarının yayılması, eləcə də 12 il ərzində həyat yoldaşı tərəfindən təcrid olunmuş şəraitdə saxlanılması ilə bağlı faktların üzə çıxması olub.

TodayPress TV xəbər verir ki, BBC-nin məlumatına görə, hadisə Pakistan polisinin 54 yaşlı qadını və onun beş övladını xilas etməsindən sonra ictimaiyyətə məlum olub.

Polis Hayber-Paxtunxva əyalətinin Bar yaşayış məntəqəsində keçirdiyi əməliyyat zamanı palçıqdan tikilmiş evdə saxlanılan Silviya Yasmina və övladlarını azad edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Silviya Yasmina 2003-cü ildə pakistanlı Əhməd Xanla ailə qurub. Cütlük evləndikdən sonra bir müddət Avstraliyada yaşayıb.

2014-cü ildə ailə iki övladı ilə birlikdə Pakistana köçüb. Bundan sonra Əhməd Xan həyat yoldaşını evdə qapalı şəraitdə saxlayaraq onun xarici dünya ilə bütün əlaqələrini kəsib. Qadının uzun illər məişət zorakılığına məruz qaldığı bildirilir.

Silviya Yasmina Pakistanda daha üç uşaq dünyaya gətirib. Məlumata görə, beş uşağın hamısı ciddi nəzarət altında təcrid olunmuş şəraitdə saxlanılıb və onların məktəbə getməsinə icazə verilməyib.

Ailənin xilas olunması uşaqlardan birinin gizli şəkildə evdən qaçaraq Bar şəhərindəki polis bölməsinə müraciət etməsi sayəsində mümkün olub. O, polisə anasının və bacı-qardaşlarının vəziyyəti barədə məlumat verib.

Bundan sonra keçirilən əməliyyat nəticəsində Əhməd Xan saxlanılıb. Silviya Yasmina və övladları təhlükəsizliklərinin təmin olunması və lazımi dəstəyin göstərilməsi üçün polis nəzarətinə götürülüb. Fransa vətəndaşı olan qadının vətəninə qayıtmaq istəyi nəzərə alınaraq onun repatriasiya prosesi başladılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 "NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 "Benfika" Ermənistanda akademiya açır 10:53 Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? 10:52 Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO 10:47 Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi? 10:35 İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi 10:30 Azərbaycan nefti bahalaşdı 10:25 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 10:18 Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM 10:16 Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir 10:14 Çində hava fəlakəti: 8 nəfər öldü, 1 nəfər itkin düşdü 10:06 ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir? 10:01 "Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu? 09:46 Moskva iki ilin ən böyük şokunu yaşadı 09:36 Xameneinin cənazəsi Quma aparıldı - VİDEO 09:34 "Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq 09:22 Yağış yağır, külək əsir - FAKTİKİ HAVA 09:34 Bütün Xəbərlər