"NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi

"NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi
07.07.2026 11:27 Siyasət

Xaricdə yaşayan müxalif aktivist Emil Cəfərov "NED" təşkilatından pul alan xaricdəki söyüş müxalifətini və digərlərini sərt tənqid edib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

E. Cəfərovun yaydığı məlumatlara görə, rəsmi Bakının fəaliyyətini qadağan etdiyi ABŞ-nin Milli Demokratiya Fondu (NED) və Avropa Demokratiya Fondu (EED) Azərbaycandakı mövcud hakimiyyət strukturu əleyhinə fəaliyyət göstərən qüvvələrə irihəcmli vəsaitlər ayırır.

Qeyd olunur ki, təkcə 2025-ci ildə ümumi prosesə:

NED tərəfindən 1.5 milyon dollar,

EED tərəfindən isə 1.2 milyon pul yönəldilib.

Aktivist bu maliyyə yardımlarının ayrılmasında, guya, söz azadlığı adı altında hakimiyyət əleyhdarlarının dəstəklənməsi ideyasının dayandığını bildirib və əlavə edib:

"Belə görünür ki, bu pul azlıq edir, bəzilərinin qarınları doymur".

Paylaşımda xaricdəki mühacir aktivistlərin bu pulları öz adlarına rəsmiləşdirib Avropada xərclədikləri, lakin ölkə daxilində real çətinlik çəkən şəxsləri tamamilə pulsuz qoyduqları vurğulanıb. E. Cəfərov qeyd edib ki, Azərbaycanda prosesin içində olan Ələsgər Məmmədli (xərçəng xəstəliyindən əziyyət çəkir), Aynur Elgünəş və Ruslan İzzətli kimi şəxslərin müalicə və əməliyyatlarına pul tapılmadığı halda, xaricdəkilər bu vəsaitlərlə lüks həyat yaşayırlar.

Aktivist daxili çəkişmənin səbəbini belə izah edib:

"Çünki əvvəlki kimi yeyə, gəzə, əylənə bilmirlər. Parisə bal ayına gedə bilmirlər. Amma deyirlər ki, məhbusların boğazından kəsin, verin bizə".

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUL 2026
Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO 13:24 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 13:04 Yarımadada yağış, dağlarda duman – İyulun ortasında paytaxtı nə gözləyir? 12:57 Qum Xamenei ilə vidaalaşdı - VİDEO 12:54 Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı 12:47 Zelenski Ankaraya gəldi - VİDEO 12:46 Faiq Qarayevin "16 qızıl qızı" bəlli oldu – Bakıdakı böyük döyüşə kimlər çıxır? 12:23 "Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi? 12:19 ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar 12:00 Bakı – Tbilisi – Ceyhanla bağlı qərar verilən kimi Şevardnadzeyə sui-qəsd təşkil edildi 12:08 Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 "NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 Bütün Xəbərlər