Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir?

Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir?
07.07.2026 11:38 Sosial

2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan müşahidələr göstərir ki, bazarda qiymət artımı davam edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) məlumat yayıb.

May ayı ilə müqayisədə iyun ayında yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb. Ən yüksək artım yenə də torpaq bazarında müşahidə olunub.

İyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub. Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.

1.      MƏNZİL BAZARI ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.

RayonYeni tikiliKöhnə tikiliKotlovan
Nərimanov1.7%1.8%2.4%
Yasamal1.8%2.0%2.6%
Binəqədi1.4%1.5%2.2%
Xətai1.7%1.7%2.4%
Sabunçu1.3%1.6%2.0%
Səbail1.9%2.2%2.8%
Nəsimi1.8%2.1%2.7%
Qaradağ1.2%1.0%1.6%
Suraxanı1.4%1.5%1.9%
Pirallahı1.0%1.1%1.3%
Nizami1.6%1.9%2.0%
Xəzər1.2%1.3%1.5%

2. TORPAQ VƏ DİGƏR SEQMENTLƏR ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarı rayonlar arasında liderlik edərək ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə məhdud təklif fonunda fərdi yaşayış evlərində artım sabit qalıb.

RayonTorpaqQeyri-yaşayışFərdi yaşayış
Nərimanov2.7%2.3%1.7%
Yasamal2.6%2.4%1.6%
Binəqədi3.3%1.8%2.2%
Xətai2.9%2.1%1.7%
Sabunçu3.7%1.7%2.3%
Səbail2.8%2.6%1.5%
Nəsimi2.6%2.5%1.5%
Qaradağ3.0%1.5%1.8%
Suraxanı3.5%1.7%2.2%
Pirallahı2.3%1.3%1.6%
Nizami2.6%2.0%1.7%
Xəzər3.2%1.5%2.5%

İyun ayının nəticələri göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davamlı xarakter alıb. Ən yüksək artım torpaq bazarında qeydə alınır. Kotlovan layihələri investisiya baxımından cəlbediciliyini qoruyur, yeni tikili mənzillərdə sabit yüksəliş müşahidə olunur, köhnə tikili mənzillərdə isə qiymət artımı daha mülayim templə davam edir. Mövcud dinamikanın ilin ikinci yarısında da bazarın ümumi inkişafını dəstəkləyəcəyi gözlənilir.

İyun ayı üzrə təqdim etdiyimiz dinamikanı və 2026-cı il üçün gözlənilən illik artımların təxminən yarısının artıq formalaşdığını nəzərə alaraq, rayonlar üzrə 2025-ci ilin iyun ayı ilə müqayisədə vəziyyəti belə təqdim etmək olar:

RayonYeni tikiliKöhnə tikiliKotlovanTorpaqObyektFərdi yaşayış
Nərimanov7%5%9%10%7%6%
Yasamal7%6%10%11%7%6.5%
Binəqədi6%5%8%8%5%5%
Xətai7%5%9%9.5%6%7%
Sabunçu5%5%8%7%5%7%
Səbail8%6%10%12%8%6%
Nəsimi7%6%10%11%8%6%
Qaradağ5%4%6%5%4%4%
Suraxanı5%5%7%8%5%7%
Pirallahı4%3%5%4%3%4%
Nizami6%5%8%8%6%5.5%
Xəzər5%4%6%13%4%8%

İlk yarımillikdə ən yüksək qiymət artımı Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının torpaq bazarında, həmçinin Səbail, Yasamal və Nəsimi rayonlarında kotlovan layihələrində müşahidə olunub. Bakı üzrə ən dinamik seqment torpaq bazarı olaraq qalır və bəzi ərazilərdə qiymət artımı artıq illik proqnozun yarıdan çox hissəsini təmin edib.

Seqment2026-cı ilin ilk 6 ayı üzrə qiymət artımı
Yeni tikili mənzillər7%
Köhnə tikili mənzillər5%
Kotlovan layihələri9%
Torpaq sahələri13%
Qeyri-yaşayış obyektləri7%
Fərdi yaşayış evləri6%

Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.

XƏBƏR LENTİ
07 IYUL 2026
Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı 12:47 Zelenski Ankaraya gəldi 12:46 Faiq Qarayevin "16 qızıl qızı" bəlli oldu – Bakıdakı böyük döyüşə kimlər çıxır? 12:23 "Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi? 12:19 ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar 12:00 Bakı – Tbilisi – Ceyhanla bağlı qərar verilən kimi Şevardnadzeyə sui-qəsd təşkil edildi 12:08 Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 "NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 "Benfika" Ermənistanda akademiya açır 10:53 Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? 10:52 Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO 10:47 Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi? 10:35 İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi 10:30 Azərbaycan nefti bahalaşdı 10:25 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 10:18 Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM 10:16 Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir 10:14 Bütün Xəbərlər