ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir?

ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir?
07.07.2026 09:58 Dünya

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğu barədə məlumat verə bilər.

TodayPress TV   xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Trampın bu qərarı hansı mexanizmlə həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 satışına qoyduğu məhdudiyyəti necə aradan qaldıracağı hələlik məlum deyil.

ABŞ administrasiyasındakı mənbələr hesab edirlər ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı proses liderlər arasında rəsmi məktub mübadiləsi yolu ilə başlaya bilər.

Qəzet qeyd edir ki, Tramp iyulun 7-də NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Bununla yanaşı, ABŞ rəsmiləri Ağ Ev rəhbərinin son anda mövqeyini dəyişə biləcəyini də istisna etmirlər.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını əsas gətirərək Ankaranı F-35 proqramından çıxarmışdı. Vaşinqton həmin vaxt Türkiyənin həm S-400, həm də F-35 sistemlərindən istifadə etməsinin qırıcıların texniki xüsusiyyətləri barədə məlumatların əldə olunmasına səbəb ola biləcəyini bildirmişdi.

İyunun sonunda Euractiv portalı ABŞ-ın Türkiyə S-400 sistemlərindən imtina edəcəyi təqdirdə F-35 satışını yenidən nəzərdən keçirə biləcəyini yazmışdı. Məlumata görə, variantlardan biri həmin sistemlərin Rusiyaya qaytarılmadan üçüncü ölkəyə satılmasıdır.

Qeyd olunur ki, İsrail və Yunanıstan da Türkiyəyə F-35 təyyarələrinin verilməsinə qarşı çıxırlar. Hər iki ölkə hesab edir ki, bu addım regiondakı hərbi qüvvələr balansını dəyişə bilər.

XƏBƏR LENTİ
07 IYUL 2026
"Benfika" Ermənistanda akademiya açır 10:53 Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? 10:52 Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO 10:47 Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi? 10:35 İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi 10:30 Azərbaycan nefti bahalaşdı 10:25 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 10:18 Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM 10:16 Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir 10:14 Çində hava fəlakəti: 8 nəfər öldü, 1 nəfər itkin düşdü 10:06 ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir? 10:01 "Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu? 09:46 Moskva iki ilin ən böyük şokunu yaşadı 09:36 Xameneinin cənazəsi Quma aparıldı - VİDEO 09:34 "Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq 09:22 Yağış yağır, külək əsir - FAKTİKİ HAVA 09:34 ABŞ-nin qərarı Braziliyada narahatlıq yaradıb: Hərbi əməliyyat riski var 08:59 Ukrayna Belqoroda zərbə endirdi: Qaz obyekti partladı - VİDEO 08:37 Tramp Türkiyəyə getdi - VİDEO 08:26 DÇ-26: Belçika 1/4 finala vəsiqə qazandı 08:14 Çin Sakit Okeanda raket buraxdı 00:06 Estoniya rus idmançılarını buraxmadı, Avropa çempionatını itirdi 21:19 Yaş artdıqca qarın piyinin yığılmasının sirri açıldı 22:54 Bu meyvəni çox yemək təhlükəli ola bilər – Həkimlər səbəbini AÇIQLADI 22:42 Kuba qaranlığa qərq oldu 00:56 Bütün Xəbərlər