Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM

Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM
07.07.2026 10:16

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.

Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Azərbaycanda informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 "NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 "Benfika" Ermənistanda akademiya açır 10:53 Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? 10:52 Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO 10:47 Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi? 10:35 İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi 10:30 Azərbaycan nefti bahalaşdı 10:25 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 10:18 Səhiyyə nazirinə yeni müavin təyin edildi - SƏRƏNCAM 10:16 Xameneini İraqa apardılar - Pezeşkian dəfnə gedir 10:14 Çində hava fəlakəti: 8 nəfər öldü, 1 nəfər itkin düşdü 10:06 ABŞ geri addım atdı – "F-35"lər Türkiyəyə verilir? 10:01 "Dostum Ərdoğan" xatirinə... – ABŞ prezidenti alyansa olan nifrətini necə boğdu? 09:46 Moskva iki ilin ən böyük şokunu yaşadı 09:36 Xameneinin cənazəsi Quma aparıldı - VİDEO 09:34 "Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq 09:22 Yağış yağır, külək əsir - FAKTİKİ HAVA 09:34 Bütün Xəbərlər