Rusiyada sosial şəbəkələrdə bu rəqəmi yazanlar cəzalandırıla bilərlər

Rusiyada sosial şəbəkələrdə bu rəqəmi yazanlar cəzalandırıla bilərlər
04.05.2026 07:00

Rusiyada 666 rəqəminin sosial şəbəkələrdə paylaşılması qanun baxımından satanizmin təbliği kimi qiymətləndirilə bilər. Sözügedən hərəkat Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə məhkəmə qərarlarında qeyd olunur.

"Satanistlərin səciyyəvi vizual rəmzlərinə tək və ya cüt dairə daxilində yerləşdirilmiş pentaqram, yeddişaxəli işarə, o cümlədən kompozisiyada Bafomet təsvirinin və 666 rəqəminin yer alması daxildir", - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, Bafomet keçi başlı fiqur kimi təsvir olunur və alnında pentaqram yerləşir.

Məsələn, agentliyin məlumatına görə, Tümen şəhərində yerli sakin sosial şəbəkədə Bafometin şəkillərini, 666 rəqəmini, həmçinin çevrilmiş pentaqramı və qurbanvermə mərasimini paylaşdığına görə min rubl (təxminən 23 manat) cərimə olunub.

Tomsk şəhərində isə inzibati həbs edilmiş şəxsin döymələri arasında, xüsusilə, sol əlinin baş barmağında 666 rəqəminin təsviri aşkarlanıb. Bundan sonra həmin şəxsə əlavə 14 sutka inzibati həbs cəzası verilib.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı 09:15 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 Bütün Xəbərlər