İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."

İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."
01.07.2026 14:07

Dünya okeanının səth temperaturu 2023 və 2024-cü ilin eyni dövründə qeydə alınan göstəriciləri geridə qoyaraq yeni rekord müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropanın "Copernicus" İqlim Dəyişiklikləri Xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, iyunun 21-də qütb bölgələrindən kənarda dünya okeanının səth temperaturu ilin bu dövrü üçün tarixi maksimuma çatıb.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət hava şəraitinə, qlobal iqlimə və dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər. Onların sözlərinə görə, yaxın aylarda gözlənilən güclü El-Ninyo hadisəsi də vəziyyəti daha da ağırlaşdıra bilər.

Alimlər qeyd ediblər ki, dünya okeanları Yerin iqlim sistemində yaranan artıq istiliyin 90 faizdən çoxunu özündə toplayır və bunun əsas səbəbi fosil yanacaqlardan istifadədir. Onların fikrincə, okeanların isinmə prosesi sürətlənməkdə davam edir.

Bununla belə, ekspertlər bildirirlər ki, okean səthində ən yüksək temperatur adətən iyul və avqust aylarında müşahidə olunduğundan, prosesin miqyası barədə yekun nəticə çıxarmaq hələ tezdir. Copernicus-un direktoru Karlo Buontempo isə rekord istiləşmə ilə El-Ninyonun birləşməsinin yaxın aylarda yeni temperatur rekordlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUL 2026
Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Qastrit və reflü: Fərqləri, əlamətləri və müalicə prinsipləri 15:59 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 Bütün Xəbərlər