Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir?

Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir?
01.07.2026 15:02 Dünya

Varşavadan Təl-Əvivə uçan Polşa Hava Yollarına məxsus LO155 nömrəli reysdə baş verən texniki səhv qısa müddət ərzində təyyarənin qaçırıldığı barədə həyəcan yaradıb.

TodayPress TV xəbər verir ki, reys Bolqarıstanın “Electra Airways” aviaşirkətinin “Airbus A320” təyyarəsi ilə yerinə yetirilirdi. Pilot transponderə səhvən 7500 kodunu daxil edib. Bu kod beynəlxalq aviasiyada təyyarənin qaçırıldığını bildirən siqnaldır.

Siqnal qeydə alındıqdan sonra Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı təyyarəni ölkənin hava məkanında müşayiət edib. Təyyarə Türkiyə hava məkanına daxil olduqdan sonra onu iki F-16 qırıcısı müşayiət etməyə başlayıb. İsrail də Aralıq dənizi üzərində iki döyüş təyyarəsini havaya qaldırıb.

Bir qədər sonra ekipaj bunun pilotun səhvindən qaynaqlandığını bildirib və təhlükə olmadığı təsdiqlənib.

Ehtiyat tədbiri olaraq təyyarənin Kiprdə və Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına enişinə icazə verilməyib. Təyyarə yerli vaxtla saat 17:15 radələrində Bolqarıstanın Burqas şəhərinə yönləndirilib və təhlükəsiz eniş edib.

Xanım Musayeva

XƏBƏR LENTİ
01 IYUL 2026
"Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Qastrit və reflü: Fərqləri, əlamətləri və müalicə prinsipləri 15:59 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 Bütün Xəbərlər