İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var?

İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var?
01.07.2026 16:11 Təhlil

Dünya geostrateji xəritəsinə baxanda bəzi nöqtələr var ki, onlar qlobal iqtisadiyyatın və təhlükəsizliyin kilidini əlində saxlayır. Məsələn, İraq, Körfəz ölkələri və xüsusilə İran üçün belə bir kilid nöqtəsi Hörmüz boğazıdır. İran bu boğaz vasitəsilə qlobal enerji bazarlarına təzyiq edə, geosiyasi şərtləri diktə edə bilir.

Maraqlıdır,  Azərbaycanın hansı coğrafi və ya strateji üstünlüyü beynəlxalq miqyasda bizim üçün oxşar bir çəki yaradır?

Sözügedən mövzu ilə bağlı politoloq Əli Mustafa TodayPress TV-yə danışıb.


Analitik bildirib  ki, dünyanın elə hissələri, elə bölgələri var ki,  onların həm logistika, həm də geosiyasi imkanlar baxımından strateji əhəmiyyəti var:

"Azərbaycan belə kilid dövlətlərdən biri hesab oluna bilər. Xüsusilə, Orta Dəhliz artıq Azərbaycan üzərindən işləyir. Bildiyimiz kimi, Çindən Avropaya gedən bu ticarət yolunun əhəmiyyətli bir hissəsi Azərbaycan üzərindən keçir. Bu baxımdan, açığı, Orta Dəhliz artıq Azərbaycanın strateji əhəmiyyətini artırır. Və bu bizim üçün də bir avantaj hesab oluna bilər".

Politoloq vacib məsələlərdən birinə toxunub:

"Bu gün Türkistanın çox böyük karbohidrogen ehtiyatları var. Xüsusilə, Qazaxıstanın və Türkmənistanın qaz və neft ehtiyatları... Yəni, əslində Avropa bazarlarının bu ehtiyatlara ehtiyacı var. Yəqin ki, gələcəkdə bu ehtiyatların Azərbaycan üzərindən Avropaya çatdırılması məsələsi gündəmdə olacaq. Logistika baxımından hesab edirəm ki, doğrudan da Azərbaycan strateji bir ölkədir. Biz həm də Şimal–Cənub ticarət yolunun üzərində yerləşirik. Hazırda bu dəhliz də Azərbaycandan keçir.  Azərbaycan həm də bu strateji yolun bir qovşağıdır. Ticarət yolları, xüsusilə Şərq–Qərb və Şimal–Cənub yolları hesab edirəm ki, Azərbaycana olduqca böyük əhəmiyyət verir".

Ekspert diqqətə çatdırıb ki, Cənubi Qafqaz özü də ümumilikdə strateji bir bölgədir:

"Azərbaycanın burada ciddi rolu var. Elə Türk dünyasının bir araya gəlməsi, Türk dünyası arasında inteqrasiyanın yaranması baxımından da Azərbaycan əhəmiyyətlidir. Çünki o, Türkistan ilə Anadolunun arasında yerləşir və Türk dünyasının birliyi coğrafi baxımdan Azərbaycan vasitəsilə təmin olunur".

Siyasi şərhçi düşünür ki, indi dünya düzəni dəyişməkdədir:

"Yeni təhlükəsizlik arxitekturası formalaşır, yeni modellər meydana çıxır. Ümumiyyətlə, köhnə düzən artıq dəyişir. O cümlədən təhlükəsizlik məsələləri ilə bağlı da bir çox yeni paradiqmalar ortaya çıxır. Hələlik Azərbaycanın da müəyyən strateji əhəmiyyətinin olduğu görünür. Amma ola bilsin ki, bu yeni düzən tam formalaşandan sonra daha ciddi məqamlar meydana çıxacaq".

Politoloq sonda bildirib ki, hələlik Xəzər dənizi üzərindən keçərək Azərbaycandan gedən Orta Dəhliz Asiya ilə Avropanın birləşməsində, yaxud onların ticarət əlaqələrinin inkişafında müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, Rusiya və İran istiqamətində, yəni şimal və cənub istiqamətində olan ticarət yollarının da ölkəmizdən keçməsi bizim coğrafi və strateji əhəmiyyətimizi müəyyənləşdirir.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ 20:09 Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək 20:04 Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək - Lyayen 20:04 Lyayen İlham Əliyevə buna görə TƏŞƏKKÜR ETDİ 19:59 Aİ Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayıracaq 19:52 İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər 19:30 Prezident Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı 19:42 İlham Əliyev: Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır 19:33 İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub 19:23 Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma 16:29 İlham Əliyev Ursula Fon der Lyayenlə təkbətək görüşdü 19:16 Səmanın yeni ağası havada: Su-57 döyüş meydanında nələri dəyişəcək? 17:58 Marko Palestra "Çelsi"yə transfer olundu 17:23 İrritabl bağırsaq sindromu: Hansı şikayətlərlə özünü göstərir? 16:19 İsrail höküməti bu torpaqları ABŞ-yə verir 17:31 "Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü 17:28 Putin çarəsiz qaldı, Hindistandan təcili yardım istədi 17:22 Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam 17:17 "Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Bütün Xəbərlər