Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür?

Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür?
01.07.2026 14:27 Təhlil

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana, ertəsi gün isə Ermənistana nəzərdə tutulan səfərlərinin rəsmi məqsədləri açıqlanıb. 

Avropa İttifaqının yaydığı rəsmi kommünikedə qeyd olunur:

“Səfərlər dörd prioritet sahəyə yönələcək: keçən il tarixi sülh müqaviləsinin imzalanmasından sonra sülh prosesinin dəstəklənməsi; region daxilində, eləcə də Avropa və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması; Cənubi Qafqazla iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və Rusiyanın iqtisadi təzyiqi qarşısında Ermənistana dəstək”.

Azərbaycan bəyan edilən bu bəndlərin icrasına bu və ya digər dərəcədə artıq öz töhfəsini verir. Lakin burada fundamental sual ortaya çıxır: Ermənistana iqtisadi və siyasi dəstəyini açıq şəkildə ortaya qoyan Avropa İttifaqı, balansın qorunması üçün Azərbaycana nə təklif edir? Bakının bu tərəfdaşlıqdan gözləntiləri nədir və Aİ faktiki olaraq masaya nə qoyacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev bildirib ki, Avropa İttifaqı Azərbaycanı ilk növbədə enerji, nəqliyyat və regional sabitlik baxımından strateji tərəfdaş kimi görür:


“Aİ "Global Gateway" təşəbbüsü çərçivəsində Orta Dəhliz, rəqəmsal infrastruktur, bərpa olunan enerji və logistika layihələrinə investisiyaları artırmağa çalışır. Bu, Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirə bilər. Avropa Rusiyadan enerji asılılığını azaltmağa çalışdırğı üçün Azərbaycan qazına və gələcəkdə "yaşıl enerji" ixracına böyük maraq göstərir. Bu, uzunmüddətli müqavilələr və yeni infrastruktur layihələri üçün imkan yarada bilər. Aİ artıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Əməkdaşlığın dərinləşməsi qeyri-neft sektorunun Avropa bazarına çıxışını asanlaşdıra bilər. Həmçinin Avropa Çin–Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa marşrutuna xüsusi önəm verir. Bu marşrutun inkişafı Azərbaycana tranzit gəlirlərinin artması və geostrateji əhəmiyyətinin yüksəlməsi baxımından fayda verə bilər”.

Ekspertin sözlərinə görə, bununla yanaşı, Ermənistanla müqayisədə fərq də var:

“Ermənistan Aİ-dən birbaşa maliyyə qrantları, büdcə dəstəyi və iqtisadi islahat paketləri alır. Bunun səbəbi Ermənistanın Aİ ilə assosiasiya xarakterli əməkdaşlığı genişləndirməsi və demokratik islahat proqramlarında iştirak etməsidir. Azərbaycan isə daha müstəqil xarici siyasət kursu seçdiyindən və Aİ ilə münasibətləri əsasən bərabərhüquqlu tərəfdaşlıq əsasında qurduğundan, Brüsselin dəstəyi daha çox investisiya və layihələr formasında olur, birbaşa maliyyə yardımı şəklində deyil. Siyasi baxımdan isə Azərbaycan Aİ-dən aşağıdakı istiqamətlərdə daha konkret addımlar gözləyə bilər: sülh sazişinin həyata keçirilməsinə balanslı dəstək; nəqliyyat və enerji layihələrinin maliyyələşdirilməsinin artırılması; Azərbaycan məhsullarının Avropa bazarına çıxışının genişləndirilməsi; Xəzər–Qara dəniz enerji və elektrik kabeli kimi strateji layihələrə daha böyük investisiya”.

Anar İsayevin fikrincə, Aİ-nin Azərbaycana təklif etdiyi əsas "paket" birbaşa maliyyə yardımı deyil, strateji investisiyalar, enerji əməkdaşlığı, ticarət imkanları və Orta Dəhliz vasitəsilə ölkənin geoiqtisadi rolunun gücləndirilməsidir. Bunun nə dərəcədə kifayət edəcəyi isə tərəflərin yeni sazişlərdə qarşılıqlı öhdəlikləri hansı səviyyədə razılaşdıracağından asılı olacaq.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? — 1
XƏBƏR LENTİ
19 AVQUST 2026
Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Bütün Xəbərlər