İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."

İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."
01.07.2026 14:07 Dünya

Dünya okeanının səth temperaturu 2023 və 2024-cü ilin eyni dövründə qeydə alınan göstəriciləri geridə qoyaraq yeni rekord müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropanın "Copernicus" İqlim Dəyişiklikləri Xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, iyunun 21-də qütb bölgələrindən kənarda dünya okeanının səth temperaturu ilin bu dövrü üçün tarixi maksimuma çatıb.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət hava şəraitinə, qlobal iqlimə və dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər. Onların sözlərinə görə, yaxın aylarda gözlənilən güclü El-Ninyo hadisəsi də vəziyyəti daha da ağırlaşdıra bilər.

Alimlər qeyd ediblər ki, dünya okeanları Yerin iqlim sistemində yaranan artıq istiliyin 90 faizdən çoxunu özündə toplayır və bunun əsas səbəbi fosil yanacaqlardan istifadədir. Onların fikrincə, okeanların isinmə prosesi sürətlənməkdə davam edir.

Bununla belə, ekspertlər bildirirlər ki, okean səthində ən yüksək temperatur adətən iyul və avqust aylarında müşahidə olunduğundan, prosesin miqyası barədə yekun nəticə çıxarmaq hələ tezdir. Copernicus-un direktoru Karlo Buontempo isə rekord istiləşmə ilə El-Ninyonun birləşməsinin yaxın aylarda yeni temperatur rekordlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUL 2026
Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 NATO Bakıda təlimlərə başladı: Ordunun intellektual elitası daha da möhkəmlənir 13:38 AZAL bu istiqamət üzrə bilet satışına başladı 13:35 Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi 13:26 Sabah hava neçə dərəcə olacaq? 13:09 Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? 12:58 800 illik monastır belə yandırıldı - VİDEO 12:51 Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" 12:38 Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi 11:48 Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək 11:42 SON DƏQİQƏ! Çində güclü zəlzələ oldu 11:38 Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi 11:31 Bütün Xəbərlər