Daha bir ölkə İranla danışıqları bərpa etmək istəyir

Daha bir ölkə İranla danışıqları bərpa etmək istəyir
09.04.2026 22:10

Almaniya hökuməti İran ilə danışıqları bərpa etmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts keçirdiyi brifinqdə məlumat verib.

Almaniyanın bu addımı ABŞ və Avropadakı tərəfdaşları ilə koordinasiya şəraitində etdiyini vurğulayan Kansler qeyd edib ki, məqsəd ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı qarşıdan gələn danışıqların uğurla nəticələnməsinə töhfə verməkdir.

Danışıqlar yolu ilə həll üçün müəyyən zaman pəncərəsinin açıldığını qeyd edən F.Merts buna baxmayaraq, vəziyyətin hələ də kövrək olaraq qaldığını, davamlı sülhə nail olmaq üçün çətin danışıqların gözləndiyini bildirib.

“Diplomatik uğur heç də təmin olunmayıb”, – deyən Kansler qeyd edib: “Təkcə son 24 saat göstərdi ki, regionda atəşkəs nə qədər kövrəkdir, Hörmüz boğazındakı vəziyyət nə qədər qeyri-müəyyəndir və tərəflərin mövqeləri hələ də nə qədər uzaqdır”.

Almaniya Kansleri İsrailin Livandakı hərbi əməliyyatlarını tənqid edərək, regiondakı ümumi vəziyyətin böyük narahatlıq doğurduğunu, Livanın cənubundakı vəziyyətin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayıb. O, İsrailin apardığı müharibənin sərtliyinin ümumilikdə sülh prosesinin iflasa uğramasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Kansler bu məqsədlə digər dövlət və hökumət başçıları ilə birlikdə İsrail hökumətinə hücumları dayandırmaq barədə çağırış etdiklərini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Bütün Xəbərlər