ABŞ İrana görə hava hücumundan müdafiə imkanlarını artırır

ABŞ İrana görə hava hücumundan müdafiə imkanlarını artırır
01.02.2026 20:33

Vaşinqton İranın ehtimal olunan cavab zərbəsi fonunda Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını artırır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbə barədə göstəriş versə, bu, Tehranın proporsional cavabına səbəb ola bilər. Bu risk isə İsrailin, ABŞ müttəfiqlərinin və regionda yerləşdirilən Amerika hərbi kontingentinin müdafiəsi üçün əlavə HHM imkanlarının yaradılmasını zəruri edir.

Məlumata görə, Pentaqon əlavə olaraq "THAAD" (Terminal High Altitude Area Defense) raket əleyhinə müdafiə sisteminin, həmçinin ABŞ hərbçilərinin yerləşdiyi bazalarda bir neçə “Patriot” HHM kompleksinin yerləşdirilməsi üzərində işləyir. ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirilir ki, bu səbəbdən Vaşinqtonun İrana zərbə endirməsi yaxın perspektivdə gözlənilmir.

Bununla yanaşı, qəzet qeyd edir ki, prezident müvafiq əmr verərsə, ABŞ hərbçiləri hazırda İrana qarşı məhdud zərbələr endirə bilər. Ağ Evin sahibi isə hələlik İrana qarşı gücdən istifadə edib-etməyəcəyi və bunun hansı formada olacağı barədə açıqlama verməyib.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Bütün Xəbərlər