Ukrayna Rusiyanın yanacaq infrastrukturunu hədəfə aldı

Ukrayna Rusiyanın yanacaq infrastrukturunu hədəfə aldı
23.07.2026 09:47 Dünya

Ulyanovsk vilayətində neft bazasına PUA hücumu olub, yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix məlumat verib.

Onun sözlərinə görə, Novospassk rayonunda yerləşən yanacaq-energetika kompleksinə aid obyekt pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində ərazidə yanğın başlayıb. Hazırda xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerində çalışırlar.

Əlavə olaraq Ukrayna monitorinq resurslarının məlumatına görə, hücum Novospassk rayonunda yerləşən "NS-Oyl" MMC-yə məxsus mayeləşdirilmiş qaz bazasına edilib. Hadisə yerindən yayılan görüntülərdə yanğının hələ də davam etdiyi görünür.

Məlumata görə, "NS-Oyl" neft bazası regionun və ətraf ərazilərin müxtəlif növ yanacaqla təmin edilməsində mühüm rol oynayır. Obyekt böyük yanacaq saxlama tutumuna malikdir və müasir texnologiyalarla təchiz olunub.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir 11:41 Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir 11:38 Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi 11:28 Qadınların peşə seçimində ilk yeri dayəlik tutub 11:39 Saleh Məmmədov Almaniyada 24 hektar torpaq alıb? – Şok FOTO yayıldı 11:38 Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır 11:32 Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 11:30 Həmid Herisçi : "Ömrümü Azərbaycana həsr etdiyim üçün peşmanam" -VİDEO 11:15 Aşpazlıq peşəsinə tələbat artdı 11:26 Bu peşədə təhsil alanlar bütün dünya ölkələrində iş tapa biləcək 11:23 İyul ayının pensiya ödənişi yekunlaşdı 11:20 Tələbələr iş tapmaq üçün daha çox bu peşələri seçirlər 11:17 Bu ildən əmək bazarında yeni peşələr üzrə təhsil veriləcək 11:15 Əraqçi ilk dəfə həmin gecədən danışdı: Hər şey xarabalığa çevrilmişdi... 11:11 Peşə təhsilinə qəbul planının böyük hissəsi dövlət sifarişli yerlərdən ibarətdir 11:06 Peşə təhsilinə qəbul başladı – müraciətlər artıq qəbul edilir 11:03 Bu il 28 min tələbə peşə təhsilini oxuyacaq 11:01 "Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda tədbir keçirildi 10:52 İran Kəşfiyyat Nazirliyi AzTV ilə əməkdaşlıq edənləri ağır cəza ilə hədələdi – FOTO 10:41 Bölgə yanır - Yollar uğrunda savaşlar ön plana keçir 10:31 Azərbaycan neftinin qiyməti 100 dolları keçdi 10:29 Yaxın şərqdə gecə nə baş verdi? Hərbi əməliyyatların miqyası genişlənir 10:11 Tural Sadıqlı Bakıya gəlir? Onun bağışlanacaq əməlləri – Vəkil açıqladı 09:57 Ukrayna Rusiyanın yanacaq infrastrukturunu hədəfə aldı 09:47 Manilada 35 dəqiqəlik gizli təmas: Rubio Lavrovu nəyə razı salmağa çalışır? - VİDEO 09:37 Bütün Xəbərlər